• $
  • €
  • ₽
  • ₺
  • £

Zəngilan qızıl yatağının kəşfiyyatına başlanılıb

Zəngilan qızıl yatağının kəşfiyyatına başlanılıb
20.10.2022 10:51
Böyük Britaniyanın Anglo Asian Mining PLC şirkəti (AAM) Azərbaycanın Zəngilan rayonunda (Şərqi Zəngəzur, ölkənin cənub-qərbi) Vejnəli qızıl yatağında intensiv kəşfiyyat işlərinə başlayıb, - bunu  AAM Azərbaycanın maliyyə direktoru İlham Xəlilov bildirib.

"Zəngilan rayonu erməni işğalından azad edildikdən sonra  biz Vejnəli yatağında kəşfiyyat işlərinə başladıq. Düşərgə artıq quraşdırılıb. Biz də artıq dörd illik kəşfiyyat proqramını Azərbaycan hökumətinə təqdim etmişik”, - Xəlilov bildirib.

Onun sözlərinə görə, ərazinin minalardan təmizlənməsi ilə paralel olaraq intensiv kəşfiyyat işləri aparılacaq. Bunu nəzərə alaraq, Xəlilov qeyd edib ki, şirkətin hələlik yatağın böyük bir hissəsinə çıxışı yoxdur.

Direktor onu da qeyd edib ki, şirkətin Qarabağdakı Qızılbulaq və Dəmirli yataqları üzrə müqavilələri var, lakin hələlik Rusiya sülhməramlılarının bu ərazilərdə müvəqqəti olması səbəbindən onlara çıxış məhduddur.

Eyni zamanda o qeyd edib ki, 2023-cü ildə Gədəbəy rayonunda Zyafər faydalı qazıntı yatağının istifadəyə verilməsi nəzərdə tutulur.

Vejnəli müqavilə sahəsi Əmirxanlı və Ağbən kəndlərinin yaxınlığında yerləşir, sahəsi 300 kvadrat kilometrə yaxındır. Yatağın ehtiyatları sovet dövründə aparılan kəşfiyyat işlərinin nəticələrinə  görə,  6,5 ton qızıl (C1+C2) və 2,3 ton qızıl (P1) və 3 min ton mis təşkil edir. 

Bu yataqların istismarı üzrə PSA müqaviləsi 1997-ci il avqustun 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Anglo Asian Mining PLC - 49% təşkil edir.

2021-ci ilin sentyabrında imzalanmış yeni müqaviləyə əsasən, AAM sərəncamında üç yeni müqavilə bloku aıb və birində qalmaq hüquqlarından imtina edib.  Beləliklə, hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsinin işlənməsi hüququna malikdir.

Gədəbəy yatağından ilk qızılın hasilatı 2009-cu ildə, gümüşün çıxarılması isə 2010-cu ildə başlanıb. 2013-cü ilin sentyabrında şirkət Qoşa müqavilə sahəsinin işlənməsinə başlayıb.

Hazırda Anglo Asian Mining Gədəbəy və Qoşa müqavilə sahələrindən qiymətli metalların hasilatı ilə məşğuldur.

N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol