• $
  • €
  • ₽
  • ₺
  • £

2023-cü il üçün ÜDM artımı 3 ssenari üzrə hesablanıb

2023-cü il üçün ÜDM artımı 3 ssenari üzrə hesablanıb
04.11.2022 12:00
2023-cü ildə Azərbaycanın Ümumi Daxili Məhsulunun (ÜDM) artımı baza ssenarisi üzrə 2,7%, optimist ssenari üzrə isə 3,3% təşkil edəcək. Bu barədə Azərbaycan Respublikası  Maliyyə Nazirliyi məlumat yayıb. 

"Azərbaycanın 2023-cü ildə ÜDM-in artımı üçün üç ssenari hazırlanıb - əsas, optimist və pessimist”, – Maliyyə Nazirliyindən bildirilib. 

Baza nümunəsi neftin orta qiymətinin  1 barel üçün 50 dollar olduğu halda ÜDM-in 2,7% (nominal ÜDM 106 milyard manat təşkil edəcək) səviyyəsində artımını nəzərdə tutur.

Optimist variantda neftin  1 barreli ümün 60 dollar olduğu halda ÜDM-in 3,3% səviyyəsində  artım (nominal ÜDM - 111,2 milyard manat) nəzərdə tutulub. 

Pessimist ssenari neftin bir barelinin 40 dollar qiymətindən hesablanır. Bu hal üçün ÜDM artımı  1,3% artım (nominal ÜDM - 99,1 milyard manat) səviyyəsində proqnozlaşdırılıb. 

Maliyyə Nazirliyinin məlumatına görə, baza ssenarisinə əsasən, 2023-cü ildə qeyri-neft ÜDM-in artımı 4,5% (nominal ÜDM - 73,3 milyard manat) təşkil edəcək. Optimist ssenari ilə qeyri-neft sektorunun artımı 5,6% (75 milyard manat), pessimist ssenaridə isə 2% (69,9 milyard manat) olacaq. 

Ümumilikdə, baza ssenarisinə əsasən, 2022-2026-cı illərdə Azərbaycanda ÜDM-in orta illik artımı 3,5%, optimistə görə - ildə 4,1%, pessimistə əsasən isə  - 2,6% təşkil edəcək.

2022-2026-cı illərdə ÜDM-in orta illik artımı baza ssenarisi üzrə 5,4%, optimist - 6,3%, pessimist - 3,8% təşkil edəcək.

Azərbaycan hökuməti 2022-ci il üçün ÜDM artımını 3,5% səviyyəsində proqnozlaşdırır.

2021-ci ildə Azərbaycanda ÜDM 5,6% artıb.
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol