• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR-a büdcədən ayırmalar 54,2% artacaq

SOCAR-a büdcədən ayırmalar 54,2% artacaq
04.11.2022 12:09
Azərbaycan hökuməti Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) yenidən qurulması və modernləşdirilməsi üzrə işlərin davam etdirilməsi üçün 2023-cü il dövlət büdcəsindən 330 milyon manat vəsaitin ayrılmasını nəzərdə tutub. Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir. 

"2023-cü ilin dövlət büdcəsində BNEZ-nin yenidən qurulması üzrə işlərin davam etdirilməsi üçün 330 milyon manat (indiki məzənnə ilə 194,1 milyon ABŞ dolları) məbləğində vəsait nəzərdə tutulub”, -  Maliyyə Nazirliyi bildirib. 

Bu vəsait Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) ayrılacaq.

SOCAR-ın 2022-ci ilin dövlət büdcəsindən zavodun  modernləşdirilməsi üçün 214 milyon manat (indiki məzənnə ilə təxminən 126 milyon dollar) aldığını nəzərə alsaq 2023-cü ildə bu məqsədlər üçün maliyyələşmənin həcminin 54,2% artacağını demək olar. 

BNEZ hazırda genişmiqyaslı modernləşdirmə və yenidənqurma layihəsini həyata keçirir. Zavodun modernləşdirilməsi və yenidən qurulması layihəsinin birinci mərhələsi üzrə işlər 2023-cü ilin dekabrında başa çatacaq. Zavodun gücü ildə 6,5 milyon ton neft emal etməyə imkan verir, modernləşdirmə və yenidənqurma işlərinin nəticələrinə əsasən zavod Xəzər regionu ölkələrindən çıxarılan bütün növ neftlərin  emalını təmin edə biləcək. Layihənin tam olaraq  2027-ci ildə tamamlanacaq. 

BNEZ SOCAR-ın tərkib  hissəsidir.
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol