• $
  • €
  • ₽
  • ₺
  • £

Ərzaq buğda istehsalçılarına subsidiyalar veriləcək

Ərzaq buğda istehsalçılarına subsidiyalar veriləcək
04.11.2022 12:34
Azərbaycan hökuməti 2023-cü ildə buğda ilə özünütəminat səviyyəsinin artırılması üçün büdcədən fermerlərə 180 milyon manat (indiki məzənnə ilə 105,6 milyon ABŞ dolları) vəsait ayırmağı planlaşdırır. Bu barədə Maliyyə Nazirliyi məlumat verib. 

Bu vəsait buğda idxalından asılılığın azaldılmasına və ölkənin buğda ilə özünü təmin etməsinin artırılması üçün yeni tənzimləmə mexanizmlərinin yaradılmasına yönəldiləcək.

Bundan əlavə, 2023-cü ildən ərzaq  buğdası istehsalı üçün məhsulun pilot layihə kimi subsidiyalaşdırılması nəzərdə tutulur (yığılmış məhsul Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil veriləcək).

Həmçinin ərzaq buğdasının becərildiyi ərazilərdə istifadə olunacaq suvarma sistemlərinin quraşdırılması və avadanlıqla təmin olunması üçün güzəştlərin tətbiqi, mineral gübrələrin beynəlxalq bazarlarda bahalaşmasının Azərbaycan fermerlərinin istehsal xərclərinə təsirini yumşaltmaq üçün subsidiyaların həcmini artırmaq  nəzərdə tutulub.

Azərbaycan prezidenti İlham Əliyev bir müddət əvvəl ölkədə taxılçılıqla özünütəminetmə səviyyəsinin 62 faiz olduğunu, bu göstəricinin 80 faizə çatdırılması vəzifəsinin qarşıya  qoyulduğunu bildirmişdi.
 
"Hesab edirəm ki, əgər biz təxminən 3-4 il ərzində özümüzü ərzaq buğdası ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox gözəl nəticə olar”, - Əliyev deyib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-sentyabrında Azərbaycan 262 milyon 66,4 min dollara 744 min 200,35 ton (artım 7,9%) buğda idxal edib. Azərbaycan buğdanı əsasən Rusiya və Qazaxıstandan idxal edir. İdxalın 90%-i Rusiyanın , 10%-i isə Qazaxıstanın payına düşür. 
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol