• $
  • €
  • ₽
  • ₺
  • £

Azərikard Mastercardla strateji tərəfdaş oldu

Azərikard Mastercardla strateji tərəfdaş oldu
24.11.2022 14:45
Azərbaycanın ilk və ən böyük prosessinq mərkəzi olan Azərikardla Mastercard beynəlxalq ödəniş təşkilatı arasında strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 

Strateji tərəfdaşlıq çərçivəsində müştərək layihələr icra ediləcək. O cümlədən kart biznesi və fintech istiqamətinin inkişafı üçün ən yaxşı qlobal və regional təcrübələr öyrəniləcək, bu sahədə qarşılıqlı əməkdaşlıq qurulacaq. 

Azərikard şirkətinin Baş direktoru Fərid Quliyev bildirib: "Mastercardla Azərikardın strateji partnyorluğu təşkilatların fəaliyyətinə dəyər qatacaq və mövqelərinin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacaq. Azərikard ödəniş sahəsində Mastercardın təşəbbüslərini dəstəkləyir, bu istiqamətdə ən müasir təcrübənin ölkəmizə gətirilməsini prioritet hesab edir”.

"Azərikard və Mastercard arasındakı bu strateji əməkdaşlıq ödəniş biznesinin inkişafına töhfə verəcək, yeni innovativ həllərə yol açacaq. Daha inkluziv maliyyə məhsulları və xidmətləri, daha yaxşı istifadəçi təcrübəsi yaratmaq üçün Azərikardla yeni tərəfdaşlığımız sayəsində Mastercardın qlobal bilik və bacarıqlarını paylaşacağımıza çox şadıq” deyə Mastercardın Azərbaycan və Türkiyə üzrə meneceri Avşar Gurdal bildirib.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol