• $
  • €
  • ₽
  • ₺
  • £

2024-cü ilin sonuna kimi Azərbaycan ərazisi fiber-optik rabitə ilə təmin olunacaq

2024-cü ilin sonuna kimi Azərbaycan ərazisi fiber-optik rabitə ilə təmin olunacaq
29.11.2022 13:45
2024-cü ilin sonuna kimi Azərbaycanın bütün ərazisi fiber-optik rabitə ilə təmin olunacaq. Bu barədə jurnalistlərə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

"2022-ci il ərzində Azərbaycanda bütün ölkə üzrə 470 min ev internetlə təmin edilib. Yaxın iki il ərzində bütün ölkə ərazisi fiber-optik rabitə ilə təmin olunacaq”, - nazir bildirib. 
 
Onun sözlərinə görə, bütün şəhər və kəndlər, o cümlədən ölkənin ən ucqar kəndləri genişzolaqlı internetlə təmin ediləcək. 
 
Hazırda geniş zolaqlı internetlə daha çox Şimali Amerika və Şimali Avropa ərazisi təmin edilib. Şimali Amerikada təminat səviyyəsi 93%Şimali Avropada 98%,  Qərbi Avropada 94%, Cənubi AVropada isə 87%-dir. 
 
Mərkəzi Asiyada genişzolaqlı internetlə təminat 67% təşkil edir. 
 
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının müəyyən etdiyi normaya görə, 1.5 Mbit/s-dən yüksək sürətə malik olan şəbəkə genişzolaqlı sayılır .

İnternetə qoşulmaq hüququ 2011-ci ildə BMT tərəfindən əsas insan hüquqlarının sırasına daxil edilib. Həmçinin bəzi ölkələrin konstitusiyalarında da İnternetə qoşulmaq hüququ artıq əsas insan hüquqlarından biri kimi tanınır.

BTİ-nin qərarına əsasən, 2015-ci ilədək bütün ölkələr genişzolaqlı İnternetin milli inkişaf strategiyası və planını qəbul etməli idi. Həmçinin inkişaf etməkdə olan ölkələrə tövsiyə edilir ki, genişzolaqlı İnternetə daxilolma qiymətləri orta aylıq gəlirlərin 5%-ni keçməməlidir. 
 
Azərbaycanda ADSL texnologiyasına qoşulmaqla saniyədə 1 Mb-dək sürətlə limitsiz internet xidmətlərinə görə aylıq ödəniş 20 manatdan 50 manatadək təşkil edir.
 
Respublikanın bir neçə provayderinin ADSL texnologiyasına qoşulmaqla saniyədə 1 Mb-dək sürətlə aylıq limitsiz internet xidmətlərinə görə tarifləri  20-100 manat arasında dəyişir. 
 
Regionun digər ölkələrinə gəldikdə isə, Gürcüstanda bu cür paketin qiyməti 30 manatdan 100 manatadək, Ukraynada 50 manatdan 110 manatadək,  Belarus Respublikasında 130 manatdan 200 manatadək, Moldovada 20 manatadək, Rusiyada 30 manatadək, Qazaxıstanda 256/256 Kbit/s təqribən 85 manat  təşkil edir.

Ermənistanda 1024/256 kbit/s sürətli qoşulmaya görə aylıq limitsiz paketin qiyməti 70 manata yaxındır, Qırğızıstanda isə 128/128 kbit/s sürətli qoşulmaya görə aylıq limitsiz paketin qiyməti təxminən 60 manat təşkil edir.

N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol