• $
  • €
  • ₽
  • ₺
  • £

“Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı baş tutdu

“Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı baş tutdu
09.12.2022 10:04
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, "Azercell Telekom” MMC və "Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin dəstəklədiyi "Qadın Qaynar Xətti”nin fəaliyyətinin ilkin nəticələri açıqlandı

Dekabr ayının 8-i gender əsaslı zorakılığa qarşı fəallıq kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın, "Azercell Telekom” MMC-nin və "Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin rəsmi nümayəndələrinin iştirakı ilə baş tutan görüşdə ölkəmizdə bu istiqamətdə görülən işlərin və maarifləndirilmənin vacibliyi vurğulandı. 

Bu tədbirlər çərçivəsində Azercell-in təşəbbüsü və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsinin dəstəyi ilə cari ilin avqust ayında "Ümidli Gələcək” Gənclər Təşkilatı tərəfindən yaradılan "Qadın Qaynar Xətti”nin  fəaliyyətinin ilkin nəticələri də görüş zamanı təhlil edildi. Xidmətə müraciət edən qadınların əhəmiyyətli hissəsi psixoloji və fiziki zorakılığa məruz qalıb, ailədaxili və boşanma problemləri ilə üzləşib. Ümumilikdə, Qaynar Xəttə iki minə yaxın sorğu daxil olub və müraciət edənlərin yaş həddi 18-45 arasındadır.  

Qeyd edək ki, "Qaynar Xətti”nin xüsusi ixtisaslaşdırılmış psixoloqları, sosial işçiləri və hüquqşunasları çətin həyat şəraitində olan qız və qadınlara 7/24 rejimində xidmət göstərir. Qaynar Xəttə zəng edən xanımlara ilkin yardım göstərilir, zəruri hallarda müraciət icma əsaslı hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara və  hüquqi məsləhət verən QHT-lərə yönləndirilir. 

Xatırladaq ki, 2010-cu ildən etibarən Azercell uşaqların hüquqlarının müdafiəsi məqsədilə "Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi ilə birgə "Uşaq Qaynar Xətt Xidməti”nin fəaliyyətinə də dəstək göstərir. "Azərbaycan Uşaq Qaynar Xətti” və "Qadın Qaynar Xətti”nə 24 saat xidmət göstərən 116111 qısa nömrəsi,  +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, elektron poçt, facebook və instagram sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və "uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək olar.  



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol