• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell jurnalistlər üçün seminar keçirib

Bakcell jurnalistlər üçün seminar keçirib
27.12.2022 17:59
Bakcell jurnalistlər üçün seminar keçirib

Bakcell şirkəti jurnalistlər və blogerlər üçün "Mobil telekommunikasiya: son nailiyyətlər və yeni texnologiyalar” mövzusunda iki günlük seminar təşkil edib. Mobil rabitəyə həsr olunmuş bu ənənəvi seminarın əsas məqsədi telekommunikasiya sahəsinin əsasları, müasir texnologiyalar, rəqəmsallaşdırma, innovasiyalar və son tendensiyalar barədə mətbuat nümayəndələrinin və blogerlərin məlumatlılığını artırmaqdır.

Tədbirdə ölkənin bir çox aparıcı media qurumlarını təmsil edən 30-dan çox jurnalist və bloger iştirak edib.

Bakcell əməkdaşlarının iştirakı ilə seminar çərçivəsində "eSIM texnologiyası”, "B2B ekosistemi və onun bazara təsiri”, "VoLTE texnologiyası”, "Mobil rabitə şəbəkəsinin iş prinsipi”, ”Qarabağda Bakcell şəbəkəsinin qurulması və genişlənməsi”, "Qlobal telekommunikasiya trendləri: süni intellekt”, "Korporativ sosial məsuliyyət strategiyası və onun cəmiyyətə faydası” kimi mövzular üzrə təqdimatlar və interaktiv sessiyalar keçirilib.

Şirkət nümayəndələri jurnalistlərin telekommunikasiya sənayesi və yeni texnologiyalara aid suallarını cavablandırıb, fikir mübadilələri və müzakirələr aparıblar.
Qeyd edək ki, Bakcell 2015-ci ildən başlayaraq hər il davamlı olaraq mətbuat üçün mobil telekommunikasiyaya həsr olunmuş seminarlar təşkil edir.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol