• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank ötən il biznes kreditləşməsini kəskin artırıb

Unibank ötən il biznes kreditləşməsini kəskin artırıb
31.01.2023 15:38
"Unibank” KB ASC 2022-ci il ərzində biznes kreditləşməsinə xüsusi diqqət yetirib. Bankın tarixində ilk dəfə olaraq biznes kreditləri portfeli 31 dekabr 2022-ci il tarixinə 274 milyon manatı ötüb. Bu əvvəlki illə müqayisədə 32 milyon manata yaxın artım deməkdir. Ötən il ərzində biznes sektoruna ayrılmış kreditlərin məbləği 336 milyon manat təşkil edib. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən kreditlərin həcmi 2021-ci illə müqayisədə 56% yüksəlib. Hesabat dövründə təkcə dövlət fondları hesabına maliyyələşən güzəştli kreditlərin həcmi 2021-ci illə müqayisədə 8 % artaraq 22 milyon manat olub.  Biznesə ayrılan vəsaitlərin artımı ilə yanaşı, "Unibank”ı seçən biznes sahblərinin sayı da 37% artıb. 

Biznes üzrə digər göstəricilərdə də xüsusi artımlar var. Belə ki, hesablaşma kassa əməliyyatları üzrə 32%, aktiv biznes müştəriləri sayında 40%  artım qeydə alınıb. Ötən il biznes müştəriləri hesablarında qalıq üzrə artım  65% olub. Kiçik, orta sahibkarlar üzrə kredit satış artımı 36.6%, işlək kredit portfelin artımı isə 19.1% təşkil edib. Ümumilikdə isə biznesə yönəlik məhsul və xidmətlərin əksəriyyəti avtomatlaşdırıldığından, biznes sahibləri onlayn xidmətlərə üstünlük verib. Təkcə onlayn kreditlərin satışında 2021-ci illə məbləğ olaraq müqayisədə 2022-ci ildə 92% artım var. Biznes sahibləri üçün istifadəyə verilən mobil əlavə sahibkarların bank xidmət və məhsulları ilə məsafədən təminatını bir qədər də artıracaq.  

Biznesə yönəldilən kreditlərin içərisində mikrokreditlərin xüsusi çəkisi də kəskin artıb. 2022-ci ildə mikrokedit portfelində 2021-ci illə müqayisədə 74 % artım qeydə alınıb. Əvvəlki ilə baxdıqda, 2022-ci il ərzində verilən mikrokreditlərin həcmi məbləğ olaraq 81%-dək, sayı isə 61% artıb. 2020-ci illə müqayisədə isə ötən il verilən mikrokreditlərin məbləğində 229%, sayında isə 170% artım olub.  
 
"Unibank”ın kiçik və mikro sahibkarlar üçün istifadəyə verdiyi avtomatlaşdırılmış kredit sistemi sahibkarların işini xeyli asanlaşdırdığından, ötən il ərzində ayrılan mikrokreditlərin böyük hissəsi  avtomatlaşdırılmış formada həyata keçirilib. 2022-ci ildə verilən kreditlərin 99%-i planşet üsulu ilə rəsmiləşdirilib. Planşetlərdə tətbiq olunan skorinq sistemi isə ötən il sahibkarların kredit almasını dəfələrlə asanlaşdırıb. Scorinqin vasitəsilə bank əməkdaşı rəqəmləri planşetə əlavə etməklə, müştərini avtomatik analiz edərək anında ona ayrılacaq kreditin məbləğini və şərtlərini təyin edə bilir.  Ötən il rəsmiləşdirilən mikrokreditlərin say baxımından 55%-i skorinq sistemi ilə verilib. 
 


Unibank- Sənin Bankın!



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol