• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in Telefon Mərkəzi 2022-ci ildə 3 milyondan çox sorğu qəbul edib

Azercell-in Telefon Mərkəzi 2022-ci ildə 3 milyondan çox sorğu qəbul edib
01.02.2023 10:15
"Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədilə yoluna davam edən "Azercell Telekom” MMC daxil olan müraciətləri operativ və effektiv şəkildə cavablandırmaq, müştərilərə əlçatan olmaq üçün çoxçeşidli servis kanallarıyla istifadəçilərinin xidmətindədir. 2022-ci ildə Azercell-in Telefon Mərkəzinə ümumilikdə 3 milyondan çox zəng daxil olub. Müraciətlərin ortalama cavablama müddəti təxminən 2,5 dəqiqə təşkil edib. Zənglərin məzmunu internet paketləri, nömrə ilə bağlı əməliyyatlar, tarif və kampaniyalara dair məlumatlar, balans və ödəmə məsələləri ilə əlaqədar olub. 

2022-ci ildə Onlayn Müştəri Xidmətləri üzərindən şirkətə daxil olan sorğu sayı 1 milyondan artıq olub. Xatırladaq ki, Onlayn müştəri xidməti ölkədə ilk dəfə olaraq 2011-ci ildə məhz Azercell tərəfindən istifadəyə verilib.  

Həmçinin, ötən il ərzində Azercell-in rəsmi Facebook, Instagram, Twitter, YouTube və Linkedin səhifələri üzərindən 300 minə yaxın müraciət cavablandırılıb. 

Qeyd edək ki, abunəçi sorğularının cavablandırılması istiqamətində "Azercell Telekom” MMC-nin təqdim etdiyi daha bir həll "Kabinetim” tətbiqidir. Azercell-in abunəçiləri bu tətbiq üzərindən Azərbaycan, rus və ingilis dillərində onlayn çat vasitəsilə müştəri xidmətlərinə müraciət edə, təqdim olunan müxtəlif xidmətlərə qoşula və sorğularına cavab ala bilir.

Həftənin 7 günü, 24 saat ərzində istənilən vaxt abunəçilərin sorğularını qəbul edən Azercell-in Telefon Mərkəzinə *1111 qısa nömrəsi, eləcə də 012-4904949 (Fakturasız Xətt abunəçiləri üçün) və 012-4905252 (Fakturalı Xətt abunəçiləri üçün) şəhər nömrələri vasitəsilə müraciət etmək mümkündür.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol