• $
  • €
  • ₽
  • ₺
  • £

ABB Riyaziyyat Yarışmasının qalibləri seçildi

ABB Riyaziyyat Yarışmasının qalibləri seçildi
07.02.2023 12:27
ABB-nin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birgə 9, 10 və 11-ci sinif şagirdləri üçün təşkil etdiyi ABB Riyaziyyat Yarışması başa çatıb. Yarışmada iştirak üçün 7574 şagird müraciət edib və birinci seçim mərhələsinə dəvət alıb. Onlardan 260 nəfər bu mərhələni uğurla tamamlayaraq ikinci mərhələyə keçid edib. Növbəti mərhələdə də uğur qazanmış 62 nəfər arasından müsahibə ilə 35 şagird Bakıda təşkil olunan 10 günlük intensiv riyaziyyat təlimlərində iştirak imkanı qazanıb. Təlim iştirakçılarının 12 nəfəri region məktəblərində təhsil alan şagirdlər olub. Təlimlər ABB Tech Akademiyasının bazasında, olimpiada və intensiv təhsil proqramlarının təşkili sahəsində ixtisaslaşmış yerli və xarici ekspertlərin metodoloji dəstəyi ilə keçirilib.

Təlimlərin sonunda iştirakçılar arasında final yarışı təşkil edilib. Nəticədən asılı olaraq ilk 3 yerin qalibləri seçilib. 1-ci yerin qalibinə 3000, 2-ci yerin qalibinə 2000, 3-cü yerin qalibinə 1000 manat mükafat verilib. Digər iştirakçılara isə sertifikatlar təqdim edilib. 

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "İstedadlara dəstək məqsədilə Bankımızın həyata keçirdiyi daha bir maraqlı layihə uğurla başa çatdı. Bu layihənin reallaşdırılmasında tərəfdaşlıq dəstəyinə görə Elm və Təhsil Nazirliyinə minnətdarlığımızı bildiririk. ABB Riyaziyyat Yarışmasında biliklərini sınayan bütün gənclərimizə uğurlar arzulayırıq. Cəmiyyətimiz üçün faydalı proqramlarımızı bundan sonra da davam etdirəcəyik”.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol