• $
  • €
  • ₽
  • ₺
  • £

Yanvarda Avropada qaz istehlakı 19% azalıb

Yanvarda Avropada qaz istehlakı 19% azalıb
16.02.2023 09:52
Avropa İttifaqının (Aİ) qaz istehlakı yanvarda illik müqayisədə 19% azalaraq 40 milyard kubmetrə düşüb.Bu barədə Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatında deyilir. 

"2023-cü ilin yanvarda Avropa İttifaqının ümumi qaz istehlakı ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% azalaraq 40 milyard kubmetrə çatıb. Təbii qaz istehlakının azalmasına ay ərzində qeydə alınan anomal yüksək temperatur səbəb olub. Bundan əlavə, qaza tələbatın azaldılması üzrə əlaqələndirilmiş səylərə dair 5 avqust 2022-ci il tarixli Aİ-nin 2022/1369 saylı reqlamentinin həyata keçirilməsi Aİ-də qaz istehlakının azalmasına səbəb olub”, - sənəddə deyilir.
 
Çində qaz tələbatı, 2022-ci ilin dekabr məlumatlarına görə, illik müqayisədə 3,3% azalaraq 34 milyard kubmetr olub.

Almaniyada qaza tələbat yanvarda 17% azalaraq 9,3 milyard kubmetr olub. İtaliyada - 22%, 7,6 milyard kubmetrə qədər. Fransada - 17%, 4,8 milyard kubmetrə qədər. İspaniyada - 29%, 2,7 milyard kubmetrə qədər. Böyük Britaniya qaz istehlakını 16% - 7,4 milyard kubmetrə qədər azaldıb. 

Yanvarda Aİ-yə boru kəməri qazının idxalı cəmi 12,7 milyard kubmetr təşkil edib ki, bu da dekabr ilə müqayisədə 13%, illik müqayisədə isə 35% azdır.
 
GECF-in məlumatına görə, bu həcmin yalnız 2 milyard kubmetri Rusiyadan gəlib. Norveçə - 8 milyard kubmetr. Qalan həcmlər isə Azərbaycan və Liviyadan tədarük edilib. Rusiya qazının Ukrayna ərazisindən və "Türk axını” ilə ixracı demək olar ki, eyni olub.

Ötən ay Avropaya LNG tədarükü, əksinə, 5,7% artaraq 12,15 milyon tona çatıb. Asiya ölkələrinin LNG idxalı 2% azalaraq 23,77 milyon tona düşüb.

Qlobal LNG ixracı yanvarda illik müqayisədə 2,8% artaraq 35,56 milyon tona çatıb. Qətər, ABŞ və Avstraliya mayeləşdirilmiş qazın ən böyük tədarükçüsü oldular. GECF-in hesabatına görə, Rusiya dördüncü yerdədir. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol