• $
  • €
  • ₽
  • ₺
  • £

Əmanətlərin Sığorta Fondu "qanuni oğru"dur - Əkrəm Həsənov

Əmanətlərin Sığorta Fondu "qanuni oğru"dur - Əkrəm Həsənov
16.02.2023 12:34
Bankçılıq üzrə ekspert,hüquqşünas Əkrəm Həsənov Əmanətlərin Sığortalanması Fondunu "qanuni oğru" adlanıdırıb. Bu barədə hüquqşünas öz sosial hesabında paylaşım edərək bildirib. 
 
"Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru bir az əvvəl ləğv prosesində olan "AG Bank"ın Kreditorlar Komitəsinin açıq iclasının keçirilməsinə imkan vermədi. Üstümüzə polis tökdü! Niyə? Çünki bu Fond "qanuni oğru"dur. Qanun ona müflis bankları idarə edib kreditorların pulunu qaytarmağı tapşırıb, o isə sırf şəxsi mənfəətlər naminə çalışıb talanla məşğuldur. Buna görə də şəffaf deyil! Ləğv prosesində olan bütün 21 bankın kreditorlarına müraciət edir birləşməyə çağırıram. Qurultay keçirib Prezidentə müraciət edək ki, vəzifəyə kimi təyin etdiyini bilsin. Prezident ölkədə investisiya mühitini yaxşılaşdırmaq istəyir, belələri isə bunun əksinə gedir. Kreditorların hüquqları qorunmayan ölkədə iqtisadi inkişaf ola bilməz, yalnız belələrinin şəxsi varlanması ola bilər", - Həsənov facebook hesabında yazıb. 
 
Ekspert onu da qeyd edib ki, polis nəzarəti altında iclas keçirilməsi mümkün olmadığına görə iclaslar və qurultay başqa yerdə keçiriləcək. 
 
Məsələ ilə bağlı Fondun mövqeyini öyrənmək istəsək də, Fondun rəsmi saytında yerləşdirilən əlaqə nömrələrinin heç biri cavab vermədi.
 
Əmanətlərin Sığorta Fondunun mövqeyi olduğu təqdirdə işıqlandırmağa hazırıq. 
 
Əmanətlərin Sığorta Fondu 2007-ci il prezident İlham Əliyevin fərmanı ilə yaradılıb. Fondun yaradılmasında məqsəd banklar və xarici  bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən  əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, Azərbaycanda maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.
 
2020-ci il prezidentin sərəncamı ilə Tural Piriyev Fondun icraçı direktoru təyin olunub. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol