• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR yayda İsveçrədə ilk hidrogen yanacaqdoldurma məntəqəsini açacaq

SOCAR yayda İsveçrədə ilk hidrogen yanacaqdoldurma məntəqəsini açacaq
16.02.2023 19:36
SOCAR Energy Switzerland (SOCAR-ın İsveçrədəki törəmə müəssisəsi) İsveçrədə ilk hidrogen yanacaqdoldurma məntəqəsinin tikintisini 2023-cü il mayn sonunadək başa çatdıracaq.

"SOCAR Energy Switzerland bazar ertəsi, fevralın 13-də Bern yaxınlığında magistral yolda yerləşən Grauholz Süd ilk hidrogen yanacaqdoldurma məntəqəsinin tikintisinə başlayıb. Stansiyanın mayın sonunadək istismara hazır olacağı gözlənilir, açılış mərasiminin iyuna planlaşdırıldığı bildirilir”, - SOCAR Energy Switzerland-ın bəyanatında deyilir.

Şirkət mayın sonundan avtomobil yolunda yerləşən "Qrauholz Süd” yanacaqdoldurma məntəqəsində (Bern və Sürix arasında) müvafiq olaraq 700 bar və 350 bar təzyiqə malik avtomobillər və yük avtomobilləri üçün bir hidrogen doldurmaq üçün nəzərdə tutulan qurğunun işləyəcəyini bildirib.  Stansiyaya gündə 600 kq-a qədər hidrogen veriləcək.

"SOCAR Grauholz Süd hidrogen yanacaqdoldurma məntəqəsi İsveçrə magistralında ilk və Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən idarə olunan birinci hidrogen yanacaqdoldurma məntəqəsi olacaq. Stansiyada şirkət yalnız yaşıl hidrogen satacaq”, - məlumatda deyilir.

"Biz əminik ki, hidrogen yaxın gələcəkdə mühüm enerji mənbəyi olacaq.  Buna görə də SOCAR yaxın bir neçə ildə daha çox hidrogen yanacaqdoldurma məntəqəsi açmaq istəyir. Xüsusilə, biz Wollerau yaxınlığındakı A3 avtomobil yolunda Fuchsberg Nord və Süd yanacaqdoldurma məntəqələri üçün layihələr üzərində işləyirik”, - məlumatda  SOCAR Energy Switzerland-ın baş direktoru Edqar Baxmandan sitat gətirilir. 

SOCAR Energy Switzerland 2018-ci ildən H2 Mobility Switzerland assosiasiyasının üzvüdür və sənayenin digər özəl şirkətləri ilə birlikdə İsveçrədə hidrogen yanacaqdoldurma məntəqələrinin ümummilli şəbəkəsinin yaradılmasını fəal şəkildə təşviq edir. 2021-ci ilin yanvarında bu innovativ layihə İsveçrə Federal Enerji İdarəsi tərəfindən enerji sahəsində mükəmməlliyə görə keyfiyyət sertifikatı olan Enerji Effektiv Mobillik kateqoriyasında nüfuzlu Watt d`Or mükafatına layiq görülüb. 

"Hidrogen yanacaqdoldurma şəbəkəsi gələcəkdə həm sərnişin, həm də yük daşımalarında dayanıqlı hidrogenin yanacaq kimi daha geniş istifadəsinə şərait yaratmaq üçün nəzərdə tutulub”, - şirkət  bildirir. 

Şirkət qeyd edir ki, İsveçrə Federal Enerji İdarəsinin məlumatına görə, 2019-cu ildə ölkədə hidrogenlə işləyən 27 minik avtomobili istifadəyə verilibsə, 2022-ci ilə qədər bu rəqəm 66-ya yüksəlib.  Hidrogendən yanacaq kimi ən çox yük maşınları istifadə edir. Hazırda İsveçrə yollarında hidrogenlə işləyən 47 yük maşını istifadə olunur.

İsveçrədə "SOCAR Energy Switzerland” "Alpiq” və "EW Hofe” şirkətləri ilə birlikdə Freienbach bələdiyyəsində ildə 1-1,2 min ton yaşıl hidrogen istehsal etmək gücündə  olan elektroliz zavodunun tikintisi layihəsində də iştirak edir. 

İstehsal olunan hidrogen boru kəməri ilə Fuksberq şossesində yerləşən texniki xidmət stansiyasına çatdırılacaq və burada SOCAR hər iki istiqamətdə hidrogen yanacaqdoldurma stansiyaları quraşdıracaq.

Bundan əlavə, bu hidrogeni İsveçrədəki digər hidrogen yanacaqdoldurma stansiyalarına çatdırmaq üçün infrastruktur qurulacaq.

İsveçrədə SOCAR SOCAR brendi altında yanacaqdoldurma məntəqələri şəbəkəsinə malik olmaqla, neft məhsullarının pərakəndə satışı sahəsində fəaliyyət göstərir.

SOCAR-ın "Ecco Schweiz GmbH” şirkətinin səhmlərini alması haqqında müqavilə 2011-ci il noyabrın 16-da Sürixdə imzalanıb. Ümumilikdə bu alış SOCAR-a 330 milyon dollara başa gəlib.

Sürixdə həm də SOCAR Trading-in baş ofisi yerləşir.
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol