• $
  • €
  • ₽
  • ₺
  • £

“Unicapital İnvestisiya Şirkəti” ASC-nin rəhbərliyində dəyişiklik olub

“Unicapital İnvestisiya Şirkəti” ASC-nin rəhbərliyində dəyişiklik olub
22.02.2023 17:21
"Unicapital İnvestisiya Şirkəti” ASC-nin İdarə Heyətində dəyişiklik olub. 2020-ci ilin mayından "Unicapital” İnvestisiya Şirkətinin Baş direktoru olan Tahir Qəribov digər vəzifəyə təyinatı ilə əlaqədar olaraq, öz xahişi ilə buradakı vəzifəsindən ayrılıb. 

Tahir Qəribovun rəhbərliyi altında son 3 il ərzində Unicapital ciddi inkişaf yolu keçib, çoxsaylı beynəlxalq mükafatlar alıb. Bu müddətdə İnvestisiya Şirkətinin layiq görüldüyü mükafatlar siyahısında Böyük Britaniyanın "International Finance” jurnalının araşdırmasının nəticəsi olaraq təqdim olunan "Azərbaycanın Ən İnnovativ Maliyyə Təşkilatı – 2021”, "Azərbaycanda Ən Yaxşı Foreks Provayderi – 2021”, "Azərbaycanın Ən Yaxşı İnvestisiya Şirkəti – 2020” nominasiyaları , "Fintex Summit 2022”də dəstək və iştirakına görə mükafat və digər nominasiyalar var.


"Unicapital İ.Ş.” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, 21 fevral 2023-cü il tarixindən etibarən "Unicapital” İŞ-nin Baş direktoru vəzifəsini Vüqar Faiq oğlu Namazov icra edəcək.

Vüqar Namazov 13 ildən artıq Bakı Fond Birjasında müxtəlif rəhbər vəzifələrdə, o cümlədən İdarə Heyətinin sədri olaraq fəaliyyət göstərib. "Unicapital” İ.Ş. komandasına qoşulmazdan əvvəl Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat” ASC-də İdarə Heyətinin sədrinin müşaviri vəzifəsində çalışıb. Eyni zamanda, "UNEC İslam Maliyyə Mərkəzi”nin tədqiqatçısıdır.

Vüqar Namazov 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Maliyyə-kredit” ixtisası üzrə bakalavr və 2007-ci ildə "Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr təhsili alıb. Bir çox beynəlxalq ixtisas sertifikatlarının, o cümlədən, "Layihələrin İdarə Edilməsi İnistitutu” nun (PMI, ABŞ) "Peşəkar Layihə Meneceri” (PMP) sertifikatının sahibidir. 2021-ci ildə Kellogg Biznes Məktəbinin "Təşkilati liderlik” proqramı üzrə təhsil alıb.


Bu gün müştəri sayı 500 000-i keçmiş "Unicapital” İ.Ş. investorlara 20 000-dən çox maliyyə aləti ilə həm yerli, həm də xarici maliyyə bazarlarında ticarət imkanı yaradıb. Şirkət ölkənin investisiya sahəsində olan reytinq cədvəllərində qabaqcıl mövqeləri tutur.

Nizamnamə kapitalı 100%-lik "Unibank KB” ASC-yə məxsus olan "Unicapital” İnvestisiya Şirkəti, 2007-ci ildən qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol