• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanla Latviya arasında ticarət dövriyyəsi artıb

Azərbaycanla Latviya arasında ticarət dövriyyəsi artıb
07.03.2023 11:27
2023-cü ilin yanvarında Azərbaycanın Latviya ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni ayı ilə müqayisədə 1 295,12 min ABŞ dolları çox artaraq 2 343,12 min dollar təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilib.
 
Bu ilin yanvarında Latviyadan Azərbaycana 1 541,91 min dollar dəyərində məhsul idxal edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 760,83 min dollar çoxdur.
 
Hsabat dövründə Azərbaycandan Latviyaya ixrac edilən məhsulların dəyəri isə  534,29 min dollar artaraq 801,21 min dollar təşkil edib.
 
Latviya Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanıyan ölkələrdən olub. İki ölkə arasında diplomatik münasibətlər 1994-cü ildə başlayıb. 
 
Azərbaycanın Latviyada Səfirliyi 2005-ci il,  Latviyanın isə Azərbaycandakı Səfirliyi isə 2006-cı ildə açılıb.
 
1997-ci il martın 7-də "Azərbaycan-Baltikyanı ölkələri (Latviya, Litva, Estoniya) parlamentlərarası əlaqələr üzrə işçi qrupu" yaradılıb və ilk rəhbəri Yusif Vəkilov olub. 2016-cı ili martın 4- dən Kamran Bayramov işçi qrupunun rəhbəridir.

Latviya Seymində isə Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Roman Naudinşdir.

İndiyədək iki ölkə  arasında 43 sənəd imzalanıb.
 
Azəraycanda 47 Latviya şirkəti  tikinti, xidmət, sənaye, rabitə, nəqliyyat, ticarət, bank və sığorta sahəsində fəaliyyət göstərir.
 
Aytac Zeynalova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol