• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın maliyyə sisteminin aktivləri 17,1% artıb

Azərbaycanın maliyyə sisteminin aktivləri 17,1% artıb
27.03.2023 22:06
2022-ci ildə Azərbaycanın maliyyə sisteminin dərinliyi 61,6 milyard manat və ya ÜDM-in 46% qədər təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib. 

2021-ci ildə Azərbaycanın maliyyə sisteminin dərinliyi 52,6 milyard manat və yaxud ÜDM-in 56,6%-i qədər olub. 

Beləliklə, 2022-ci ildə Azərbaycanın maliyyə sisteminin aktivləri 17,1% artıb.

"2022-ci ildə Azərbaycanın maliyyə sisteminin aktivləri 61,6 milyard manat və ya ÜDM-in 46%-i qədər (qeyri-neft ÜDM-in 88%-i) olub.  Aktivlərin 76,4%-i (2021-ci ildə  73,1%) bankların payına düşüb”, - AMB bildirib. 

2022-ci ildə bankların aktivləri 2021-ci ilin göstəricisi ilə müqayisədə 22,4% artaraq 47,1 milyard manat təşkil edib.

Maliyyə sektorunun aktivlərinin 20,8%-i bank olmayan kredit təşkilatlarının (BOKT) payına düşüb. 2021-ci ildə bu göstərici 24,2% olub.

Sığorta sektoru və investisiya şirkətlərinin maliyyə dərinliyində payı cəmi  2,6% və 0,2% təşkil edib. 
 
N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol