• $
  • €
  • ₽
  • ₺
  • £

2023-cü il dövlət büdcəsinin parametrlərinə yenidən baxılıb

2023-cü il dövlət büdcəsinin parametrlərinə yenidən baxılıb
20.04.2023 21:44
Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan İqtisadi Şurasının növbəti iclası keçirilib.  İclasda 2023-cü il dövlət büdcəsinə dəyişikliklər layihəsinin hazırlanması məsələsinə baxılıb. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verib. 

İclasda ölkənin maliyyə naziri Samir Şərifov hesabat məruzəsi ilə çıxış edib.

Azərbaycan prezidenti İlham Əliyev bu həftə bildirib ki, əlavə gəlirlərin olması ilə əlaqədar hökumətə 2023-cü il dövlət büdcəsinin parametrlərinə yenidən baxmaq tapşırıb. Eyni zamanda, onun sözlərinə görə, yenidən baxılması nəticəsində dövlət büdcəsinin xərcləri ən azı 3 milyard manat artacaq.

Maliyyə Nazirliyinin son məlumatına görə, birinci rübdə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 8 milyard 290 milyon manat (2022-ci ilin yanvar-martı ilə müqayisədə 18,3 faiz artım) olub. Eyni zamanda, mədaxil planı 104,8 faiz yerinə yetirilib. 

Birinci rübdə dövlət büdcəsinin xərcləri 6 milyard 566,9 milyon manat (artım 16,7 faiz) olub, proqnoza 111,6 faiz əməl edilib.

Nəticədə 2023-cü ilin yanvar-martında dövlət büdcəsinin profisiti 1 milyard 723,1 milyon manat və ya hesabat dövründə ÜDM-in 5,68 faizini təşkil edib.

2023-cü il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 30 milyard 773,978 milyon manat, xərcləri isə 33 milyard 353,278 milyon manat təşkil edir. 2023-cü il dövlət büdcəsinin kəsiri 2 milyard 579,3 milyon manat və ya ÜDM-in 2,4 faizi səviyyəsində proqnozlaşdırılır.
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol