• $
  • €
  • ₽
  • ₺
  • £

Standard & Poor's agentliyi Kapital Bank-ın reytinq proqnozunu yüksəltdi

Standard & Poor's agentliyi Kapital Bank-ın reytinq proqnozunu yüksəltdi
02.05.2023 11:18
Standard & Poor's Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinq proqnozunu "stabil”dən "pozitivə” yüksəltdi, uzunmüddətli və qısamüddətli kredit reytinqlərini isə "BB-/B” səviyyəsində təsdiqlədi. Bu reytinqlər ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.           
 
Agentliyin hesabatında qeyd olunur ki, bu reytinqlər Kapital Bank-ın digər yerli və oxşar beynəlxalq banklarla müqayisədə yüksək gəlirliyindən, aktivlərinin keyfiyyətindən, həmçinin 2022-ci ilin sonuna problemli kreditlərin ("Stage 3”) ümumi portfeldəki həcminin cəmi 2,3% faiz təşkil etməsindən irəli gəlir. "Pozitiv” reytinq proqnozu bankın gəlirlilik, aktivlərin keyfiyyəti və kapitallaşma baxımdan növbəti 12-24 ay ərzində də öz rəqiblərini üstələyəcəyini əks etdirir.
 
Agentliyin fikrincə, Kapital Bank Azərbaycanın bank sektorunda rekord mənfəət göstəricisinə korporativ, kiçik, orta sahibkarlıq (KOB) və pərakəndə bankçılıq arasında diversifikasiyanın düzgün həyata keçirməsi, aktivlərdən səmərəli istifadə sayəsində nail ola bilib. Bankın 2020-2022-ci illərdə aktivlərinin gəlirliyi (ROA) ortalama 4,5%, kapitalının gəlirliyi (ROE) isə ortalama 36% təşkil edib.
 
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol