• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL 2022-ci ildə aldığı subsidiyadan istifadə etməyib

AZAL 2022-ci ildə aldığı  subsidiyadan istifadə etməyib
24.05.2023 16:26
2022-ci il dövlət büdcəsindən dövlət müəssisələrinə ayrılan subsidiyaların həcmi 25% artaraq   697,5 milyon manat təşkil edib.  Bu barədə Hesablama Palatası 2022-ci ilin Dövlət Büdcəsinin İcrası üzrə rəyində bildirib. 

2022-ci ildə dövlət büdcəsindən ayrılan subsidiyaların ümumi həcmi 1 milyard 401,7 milyon manat (2021-ci ilin göstəricisindən +1,2%) təşkil edib.  Bununla yanaşı, dövlət müəssisələrinə subsidiyalar 697,5 milyon manat (+25%) təşkil edib.

Nəticədə 2022-ci ildə dövlət müəssisələrinin subsidiyalaşdırılmasının xüsusi çəkisi 9,5 faiz bəndi artaraq 49,8%-ə çatıb.

Bununla yanaşı, 2022-ci ildə qeyri-dövlət strukturlarının subsidiyalaşdırılması 26,6% azalaraq  82,3 milyon manata, hüquqi şəxslərin subsidiyalaşdırılması 13% azalaraq 621,9 milyon manata düşüb.

"Aparılan təhlillər göstərdi ki, dövlət müəssisələrinə subsidiyalar publik hüquqi şəxslərə, "Azərkosmos”a, Qida Təhlükəsizliyi Agentliyinə və Bakı Metropoliteninə verilən subsidiyaların həcminin artması hesabına artıb”, - palata vurğulayır.

Eyni zamanda, palata qeyd edir ki, heç də bütün dövlət şirkətləri alınan subsidiyalardan istifadə etmir.
 
"Məsələn, 2022-ci ildə AZAL 89,5 milyon manat subsidiya alıb ki, bunun da 63,1 milyon manatı istifadə olunub, 2022-ci ilin sonuna isə 26,4 milyon manat şirkətin bank hesabında qalıb”, -  rəydə vurğulanıb.

Palatann rəyinə görə,  subsidiya alan bir çox dövlət şirkətləri onlardan başqa məqsədlər üçün istifadə edirlər.
 
N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol