• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Türkiyəyə qaz tədarükünə görə ikinci yerdədir

Azərbaycan Türkiyəyə qaz tədarükünə görə ikinci yerdədir
30.05.2023 21:55
2023-cü ilin yanvar-martında Azərbaycan "Şahdəniz” yatağından Türkiyəyə 2 milyard 620,39 milyon kubmetr qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,7% çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Şurasının (EPDK) məlumatında bildirilib.


Şuranın məlumatına görə, 2023-cü ilin martında Azərbaycan qazının Türkiyəyə ixracı 922,81 milyon kubmetr təşkil edib (2022-ci ilin mart ayı ilə müqayisədə +21,17% - İF-Az),  Bu dövrdə Türkiyəyə tədarük olunan qazın 20,25 faizi Azərbaycanın payına düşüb.


Ümumilikdə martda Azərbaycan Türkiyəyə qaz tədarükünə görə ikinci yeri tutub. Birinci yerdə bütün tədarüklərin 31,33%-ni təşkil edən Rusiya, üçüncü yerdə İran (20,11%), dördüncü yerdə Əlcəzair (11,45%) qərarlaşıb.


Ümumilikdə, martda Türkiyəyə qaz ixracı 4 milyard 557,77 milyon kubmetr təşkil edib (2022-ci ilin mart ilə müqayisədə 26,67% azalma - İF). Bununla yanaşı, boru kəməri qazının 3 milyard 70,05 milyon kubmetri  LNG-nin payına 1 milyard 487,73 milyon kubmetr (bütün tədarüklərin 32,64%-i, azalma 24,49%) düşüb. %).


Ümumilikdə martda 10 ölkədən (Azərbaycan, Rusiya, İran - boru kəmərləri ilə), ABŞ, Əlcəzair, Fransa, Misir, Nigeriya, Norveç və Trinidad və Tobaqodan - LNG) tədarüklər həyata keçirilib.


Türkiyə "Şahdəniz" yatağının işlənməsinin "Mərhələ-1" və "Mərhələ-2" çərçivəsində hasil edilən Azərbaycan qazı ilə təchiz edilir.


2021-ci ilin III rübündə Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə Mərhələ-1-dən 11 milyard kubmetr təbii qazın alqı-satqısına dair yeni saziş imzalayıb. Müqavilə 2024-cü ilin sonuna (2021-2024-cü ilin dördüncü rübü) "Şahdəniz Mərhələ-1”dən hər il 3,5 milyard kubmetr qazın tədarükünü nəzərdə tutur. Müqavilə çərçivəsində tədarüklər 2021-ci il oktyabrın 1-dən başlayıb.


Azərbaycan 2022-ci ildə ümumilikdə "Şahdəniz” yatağından Türkiyəyə 8 milyard 709,98 milyon kubmetr qaz ixrac edib (2021-ci ilin göstəricisindən 1,3% azalma).


2023-cü ildə Azərbaycan qazının Türkiyəyə tədarükü 10,2 milyard kubmetr səviyyəsində planlaşdırılır.


"Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib. Müqavilədə tərəflərin payı aşağıdakı kimidir: BP (operator, 29,99%), Cenub Qaz Dehlizi (21,02%), LUKOIL (19,99%), NICO (10%), TPAO (19%) .
 
Gülnar

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol