Azərbaycan Pakistana mayeləşdirilmiş təbii qaz tədarük edəcək

Azərbaycan iyuldan Pakistana güzəştli qiymətlərlə mayeləşdirilmiş təbii qaz tədarük edəcək. Bu barədə Pakistanın baş naziri Şahbaz Şərif bildirib.
"Azərbaycandan LNG idxalına başlanması bu ay Rusiyadan neftin ilk partiyasını aldıqdan sonra Pakistanın enerji ehtiyaclarını ödəməkdə əldə etdiyi ikinci böyük nailiyyət olub", - baş nazirin açıqlamasında qeyd olunub.
LNG-nin tədarükü Pakistan Dövlət Neft Şirkəti (PSO) ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında bağlanmış müqavilə əsasında həyata keçiriləcək.
www.anews.az

Sənəd Pakistan hökuməti başçısının iyunun 15-də başa çatan Bakıya iki günlük rəsmi səfəri zamanı açıqlanıb. Şərif və Azərbaycan prezidenti İlham Əliyev enerji, ticarət, investisiya, mülki aviasiya və digər sahələrdə əməkdaşlıq haqqında razılığa gəliblər. İki ölkə liderləri birgə mətbuat konfransında "Azərbaycan Hava Yolları”nın İslamabada birbaşa uçuşlarına başlandığını və birgə hərbi təlimlərin sayının artırılması barədə qərar qəbul etdiklərini açıqlayıblar
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 