• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə yükdaşımalar artıb

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə yükdaşımalar artıb
05.09.2023 10:28
2023-cü ilin yanvar-iyulunda Bakı Beynəlxalq Dəniz Ticarət Limanında ümumi yüklər terminalı vasitəsilə aşırılmış əlvan metalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 85,6 % artaraq 245 min ton olub. Bu barədə Bakı Beynəlxalq Dəniz Ticarət Limanından məlumat verilib.

Aşırılan əlvan metal məhsullarının əsas hissəsini Qazaxıstandan gətirilən alüminium, sink, mis katod, və qurğuşun yükləri təşkil edib.
 
Cari ilin yanvar-iyulunda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə yükdaşımalar 14 faiz və ya 500 min ton artaraq 3,6 milyon tondan 4,1 milyon tona yüksəlib.
 
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" 1902-ci ildən fəaliyyət göstərən Bakı Limanının bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 16 min manatdır. Liman yük, neft və bərə terminallarından ibarətdir.
 
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC Prezident İlham Əliyevin 2015-ci il 18 mart tarixli Sərəncamı ilə yaradılıb və həmin vaxtdan yeni hüquqi statusda fəaliyyətə başlayıb.
 
Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol