• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsi 33 % artıb

Türkiyə və Azərbaycan arasında  ticarət dövriyyəsi 33 % artıb
21.12.2023 11:06
Türkiyə, Azərbaycanın 2-ci əsas ticarət tərəfdaşıdır və 2023-cü ilin 11 ayında ticarət dövriyyəmiz 7,2 mlrd. ABŞ dollarını keçib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 33% çoxdur. Bu barədə Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. 

"Azərbaycanın xarici ölkələrdəki investisiya həcminə görə Türkiyə 1-ci yerdədir. Bu, ölkələrimiz arasında investisiya tərəfdaşlığının inkişaf səviyyəsini əyani olaraq göstərir. Ölkəmiz 1995-ci ildən 2023-cü ilin 6 ayınadək qardaş Türkiyəyə 19,9 mlrd. ABŞ dolları həcmində investisiya yatırıb. Sevindirici haldır ki, Azərbaycanda qeyri-neft-qaz sektoruna investisiya yatıran ölkələr sırasında Türkiyə 1-ci yerdə qərarlaşıb",  -  Mikayıl CAbabrov Türkiyə-Azərbaycan investisiya forumunda çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, iki ölkənin hədəfi  ticarət dövriyyəsini 15 milyard dollara çatdıraqdır. Hələlik iki ölkə yalnız bu rəqəmin yarısına çıxa bilid. Amma 3 il öncə bu  rəqəm 3 milyard dollar olub. 

Nazir həmçinin bildirib ki, əczaçılıq sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkında Türkiyə ilə birlikdə dərman vasitələrinin istehsalı zavodunun təməlinin qoyulması da investisiya əməkdaşlığının çoxvektorlu olmasının təzahürüdür.

"Yeni strateji dövrdə Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin inkişafı məqsədilə işlər görülür. 2021-2023-cü illər ərzində bu ərazidə bərpa-quruculuq işlərinin həyata keçirilməsinə dövlət büdcəsindən 7 mlrd. ABŞ dolları vəsait ayrılıb", - Cabbarov bildirib.

Türkiyə şirkətləri Qarabağa regionuna 3,4 milyard dollar sərmayə qoyub. 

N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol