• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvada Bakı neftinə həsr olunmuş konfrans keçirilib

Moskvada Bakı neftinə həsr olunmuş konfrans keçirilib
20.02.2024 18:46
Moskvada "Bakı Neft Cəmiyyəti”nin yaradılmasının 150 illiyinə həsr olunmuş konfrans keçirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, "Azərbaycan” pavilyonunun informasiya dəstəyi ilə "Lukoyl” ictimai səhmdar cəmiyyətinin təşkilatçılığı ilə "Dünyanın ilk şaquli inteqrasiya olunmuş neft şirkəti olan "Bakı Neft Cəmiyyəti”nin yaradılmasının 150 illiyi” adlı konfrans Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Neft” pavilyonunda baş tutub.

Konfransda çıxış edənlər "Bakı Neft Cəmiyyəti”nin yaranma tarixindən danışıblar. Qeyd olunub ki, 1874-cü ildə Rusiyanın iri sənayeçiləri və xeyriyyəçiləri Vasili Kokorev və Pyotr Qubonin tərəfindən yaradılan şaquli inteqrasiya olunmuş cəmiyyət geoloji kəşfiyyatdan tutmuş hasilat və neft emalına qədər, neft məhsullarının son istehlakçılara satışına qədər tam istehsal dövrü olan böyük holdinq şirkəti olub.
Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, tarix elmləri namizədi Aleksandr Matveyçuk qeyd edib ki, XIX əsrin sonunda Rusiya imperiyasında şaquli inteqrasiya olunmuş 8 şirkət mövcud olub: "Vasili Kokorev və Petr Quboninin yaratdığı "Bakı Neft Cəmiyyəti” fəaliyyətinə kənardan kapital cəlb edilən ilk səhmdar cəmiyyəti olub. Mənim üçün bir tarixçi kimi Şəmsi Əsədullayev və Musa Nağıyevin iki ailəyə məxsus şaquli inteqrasiya olunmuş şirkətinin artıq Bakıda fəaliyyət göstərməsi kəşf idi. Çünki azərbaycanlı milyonçuların şirkətləri ailələrin öz maddi vasitələri ilə qurulan və çalışan şirkətlər olub. Bu fakt mənim üçün bir yenilik idi. Çünki tarixdə belə şey olmayıb”, - deyən alim Azərbaycan və Rusiya alimlərinin Azərbaycanın neft sənayesinin tarixinin bu dövrünü birgə araşdırmalarının vacibliyini vurğulayıb.

Aleksandr Matveyçuk onu da xatırladıb ki, 1863-cü ildə neft sənayeçisi Kokorevin dəvəti ilə Dmitri Mendeleyev Suraxanıdakı Bakı Neft Emalı Zavoduna gəlib və neftin fasiləsiz emal edilməsi, neft çənləri, neft tankerləri və neft kəmərləri ideyalarını Mendeleyev məhz Bakıda təbliğ edib.

Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin Karbohidrogen yataqlarının geologiyası və kəşfiyyatı kafedrasının müdiri Vaqif Kərimov qlobal neft sənayesinin inkişafının dəyişməz olaraq Azərbaycanın paytaxtı ilə bağlılığını vurğulayıb: "XIX əsrin 70-ci illərində "neft bumu” Bakı və ətraf rayonlarda başlayıb. Müxtəlif ölkələrin sənayeçiləri Bakıda öz şirkətlərini açıblar. Amma qeyd etmək lazımdır ki, ölkənin neft sənayesinin inkişafında əcnəbilərlə yanaşı, Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev və başqaları kimi azərbaycanlı sənayeçilər də fəal iştirak ediblər. Eyni zamanda, Bakıda neft çıxaran bütün xarici şirkətlər də azərbaycanlı mütəxəssislər çalışıblar”.

"SOCAR RUS” MMC-nin baş direktoru Rüfət Mahmud Azərbaycanın neft sənayesinin inkişaf tarixindən danışıb, bu cür tədbirlərin ölkələrimiz arasında dostluq əlaqələrinin təşviqi baxımından əhəmiyyətini qeyd edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol