• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yeni dəniz limanının bərə terminalı istifadəyə veriləcək

Bakıda yeni dəniz limanının bərə terminalı istifadəyə veriləcək
29.05.2020 12:01
Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində inşa olunan yeni Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisinin birinci mərhələsi bu ilin ilk yarısında yekunlaşacaq.Birinci mərhələdə bərə terminalı bütün yol infrastrukturu ilə birgə istismara veriləcək. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Ələt qəsəbəsində tikilən yeni dəniz limanı ilə bağlı işlərin son vəziyyətini şərh edərkən deyib. Nazir qeyd edib ki, birinci fazanın işləri yekunlaşdıqdan sonra, növbəti fazanın tikinti işlərinə başlanılacaq. Qeyd edək ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi artıq qonşu və digər xarici ölkələrin marağına səbəb olub. Qazaxıstan ildə 20 mln. ton yükün daşınması üçün Azərbaycana müraciət edib. Həmçinin, Türkiyə və BƏƏ-dən (Dubay) liman vasitəsilə yüklərin daşınması üçün maraq göstərilir. Xəzərdə ən böyük bərə terminalı Azərbaycana məxsusdur və sahəsi 400 ha təşkil edir. Layihədə nəzərdə tutulmuş dörd yük körpüsü və bərə terminalında «ro-ro» tipli gəmilərin qəbulu üçün nəzərdə tutulmuş körpü, eləcə də anbarlar, dəmir və avtomobil yollarının tikintisi işləri aparılır. Körpülərin ümumi uzunluğunun 650 metr olması planlaşdırılıb. Birinci mərhələ üçün 40 min konteyner nəzərdə tutulub. Bundan başqa, bu mərhələdə 10 mln. ton yük daşınması planlaşdırılır.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol