Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak etdi

Ölkənin
lider telekommunikasiya şirkəti 10 tələbəyə şirkətdə yay təcrübə proqramında
iştirak etmək hüququ verdi.
Azercell
ADA Universitetinin Karyera Hazırlığı Həftəsində iştirak etdi. Həftə zamanı
mobil operatorun təşkil etdiyi seminarlarda, yekun qiymətləndirmə və müsahibələrdə
seçilmiş 10 tələbə Azercell-in yay təcrübə proqramına qatılmaq imkanı əldə etdi.
Bu təcrübə tələbələrə praktiki bacarıqlar və telekommunikasiya sənayesi ilə
tanışlıq qazandıracaq.
Azercell-in
Karyera Hazırlığı Həftəsində iştirakı şirkətin istedadları inkişaf etdirmək və
gələcək mütəxəssislərin yetişdirilməsinə töhfə vermək öhdəliyini əks etdirir. Hər
il onlarla gənc Azercell-in inkişaf proqramında təcrübə keçir.
Lider mobil
operator tələbələrin telekommunikasiya sektorunda bacarıqlarını inkişaf etdirir
və onlara gələcək karyeralarında kömək edəcək dəyərli təcrübə qazandırır.
Tədbir
haqqında ətraflı video:
https://youtu.be/b8sLHmFMm7Q
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:39
Mikayıl Cabbarov: 2027-ci ildən innovasiya və texnologiya parklarının rezidentlərinə 20 ilədək vergi güzəştləri tətbiq olunacaq

İqtisadiyyat 11:29
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib

İqtisadiyyat 11:01
Azərbaycan və İtaliya sənaye avadanlıqlarının istehsalını lokallaşdırmaq imkanlarını müzakirə edir





















