• $
  • €
  • ₽
  • ₺
  • £

ARDNŞ Gürcüstanda yeni qaz şəbəkəsini istismara verdi

ARDNŞ Gürcüstanda yeni qaz şəbəkəsini istismara verdi
14.02.2014 18:54

Bu gün Gürcüstanın Kareli rayonunun Dzlevicari kəndində yeni qaz şəbəkəsi istsimara verilib.

ANN.Az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, açılış mərasimində Gürcüstanın energetika naziri Kaxi Kaladze, "SOCAR Energy Georgia" və "SOCAR Georgia Gas" şirkətlərinin rəhbərləri iştirak ediblər.

Dzlevicari kəndində 15 kilometr uzunluğunda yeraltı polietilen qaz kəməri çəkilib. Şəbəkənin 330 abonentə xidmət etməsi nəzərdə tutulub.

Qeyd edək ki, bununla da Kareli rayonunda 86 kilometr uzunluğunda qaz şəbəkəsinin çəkilişi tamamilə başa çatıb, 2768 abonent qazla təmin olunub. Ümumilikdə Şida Kartli diyarında çəkilmiş qaz kəmərlərinin uzunluğu 591 kilometrə çatdırılıb ki, bu da 18315 abonentin qaz şəbəkəsinə qoşulmasına imkan verib. Cari ilin sonuna kimi daha 127 kilometrlik qaz kəmərinin istismara verilməsi və 1500 abonentin qazla təminatı nəzərdə tutulur.

2009-cu ildən bu günə kimi "SOCAR Georgia Gas" şirkəti tərəfindən ölkə miqyasında 4000 kilometr qaz kəməri tikilib, nəticədə 188 mindən çox abonent qazla təmin olunub. İlin sonuna kimi 750 kilometr uzunluğunda qaz kəmərinin çəkilişi və daha 22 min abonentin qazla təminatı planlaşdırılır.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol