• $
  • €
  • ₽
  • ₺
  • £

2023-cü ildə meyarı böyüyən şirkətlərin sayı 5 mini ötüb

2023-cü ildə meyarı böyüyən şirkətlərin sayı 5 mini ötüb
24.06.2024 14:50
Azərbaycanda 2023-cü ildə meyarı böyüyən şirkətlərin sayı 5 mini ötüb, 2022-ci ildə bu göstərici təqribən 4 600 təşkil edib. Bu barədə Report-a İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov  deyib.
 
"Şirkətlərin böyüməsi təkcə onların dövriyyəsinin artması ilə deyil, eyni zamanda, texniki imkanlarının genişlənməsi, mütərəqqi biznes proseslərinin tətbiqi və məhsuldarlığının yüksəlməsi ilə müşayiət olunur. Bu da, ölkə iqtisadiyyatının dayanıqlığının artırılmasında və şaxləndirilməsində mühüm rol oynayır.İlk növbədə, ümid edirik ki, sərgidə iştirak edən şirkətlər satış göstəricilərini daha da genişləndirə biləcəkdir. Ötən ilin statistikasına əsasən KOB sektoru üzrə dövriyyədə artım müşahidə edilir.”, – O.Məmmədov iyunun 24-də keçirilən "Yerli şirkətlərin tanıtım sərgisi”ndən deyib.
 
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılıb. Dövlət başçısının 26 iyun 2018-ci il tarixli Fərmanı ilə Agentliyin nizamnaməsi və strukturu təsdiq edilib.

Agentliyin fəaliyyətinə rəhbərliyi 7 nəfərdən ibarət Müşahidə Şurası həyata keçirir. Agentliyin Müşahidə Şurası Azərbaycan Respublikasının maliyyə, əmək və əhalinin sosial müdafiəsi və kənd təsərrüfatı nazirlərinin müavinlərindən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsindən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavinindən və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidentindən ibarətdir. Agentliyin Müşahidə Şurasının sədri iqtisadiyyat naziridir.

Agentliyin fəaliyyətinə cari rəhbərliyi 5 üzvdən ibarət İdarə Heyəti həyata keçirir.

Aytac Zeynalova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol