• $
  • €
  • ₽
  • ₺
  • £

“Euromoney” ABB-ni “İlin ən yaxşı bankı” seçdi!

“Euromoney” ABB-ni “İlin ən yaxşı bankı” seçdi!
19.07.2024 17:16
Maliyyə dünyasının nüfuzlu nəşrlərindən olan "Euromoney” jurnalı ABB-ni ölkə üzrə "İlin ən yaxşı bankı” seçib. Jurnalın araşdırma heyətinin qərarı Londonda keçirilən ənənəvi "Award of Excellence” mükafatının təntənəli təqdimatı tədbirində açıqlanıb və mükafat Banka təqdim olunub.

Müxtəlif kateqoriyalar üzrə "İlin ən yaxşı bankı” mükafatı ilə təltif edilən banklar sırasında Citibank, BBVA, HSBC, Akbank, İş Bankası və s. kimi bir sıra aparıcı maliyyə institutları var. Qaliblərin tam siyahısı ilə buradan tanış olmaq olar.

1969-cu ildə yaradılmış "Euromoney” qrupu bank-maliyyə sahəsində ixtisaslaşmış çoxsaylı şirkətləri özündə birləşdirir. Jurnalın "Award of Excellence” mükafatı maliyyə qurumları üçün ən nüfuzlu beynəlxalq mükafatlardan sayılır. Jurnal hər il dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərən bankların fəaliyyətini təhlil edir. Bu zaman onların il ərzində qazandığı nəticələr, beynəlxalq müxbir bankların, məşhur maliyyəçilərin və bankirlərin həmin banklar haqqında müşahidələri də nəzərə alınır. Belə əhatəli qiymətləndirmə nəticəsində "Euromoney” mükafatların sahiblərini müəyyənləşdirir.

ABB bu mükafata aktivlərinin keyfiyyətinə, dayanıqlılığına, gəlirliliyinə, böyük müştəri bazasına, qlobal tərəfdaşlıq əlaqələrinə, rəqəmsallaşma layihələrinə görə layiq görülüb. Son illərdə "Euromoney” jurnalı bu mükafatı Azərbaycanda heç bir banka təqdim etmədiyindən ABB-nin 2024-cü ildə jurnalın "İlin ən yaxşı bankı” mükafatını qazanması xüsusilə əhəmiyyətlidir. 

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "Bu nüfuzlu mükafat müştəriyönümlü xidmətimizin, yenilikçi həllərimizin, güclü maliyyə performansımızın xoş nəticəsidir. Belə bir nailiyyət, müştərilərimizin, tərəfdaşlarımızın bizə inamı, komandamızın effektiv fəaliyyəti sayəsində mümkün olub. Bu mükafat strateji hədəflərimizə doğru düzgün yolla irəlilədiyimizi göstərir və bizi daim təkmilləşərək, daha böyük uğurlara çatmağa ruhlandırır. Bizə inanan bütün müştərilərimizə, tərəfdaşlarımıza, zəhmət və əzmkarlıqlarına görə ABB komandasına təşəkkürümüzü bildiririk”.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol