• $
  • €
  • ₽
  • ₺
  • £

Ətraf mühitin mühafizəsində daha bir təşəbbüs: “Sıfır tullantı” həmrəylik marafonuna start verildi

Ətraf mühitin mühafizəsində daha bir təşəbbüs: “Sıfır tullantı” həmrəylik marafonuna start verildi
29.07.2024 19:10
Kapital Bank ətraf mühitin mühafizəsində yaxından iştirak edərək, korporativ sosial məsuliyyət strategiyasını uğurla davam etdirir. Bu istiqamətdə bankın fəaliyyətini həyata keçirən Qırmızı Ürəklər Fondu, Kapital Bank-ın 150 illik yubileyi münasibətilə "Sıfır tullantı” həmrəylik marafonuna Göygöl rayonunda start verdi.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Bundan əlavə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP 29) ölkəmizin ev sahibliyi etməsi, ətraf mühitin mühafizəsi mövzusunun ölkəmizdə əsas mövzulardan biri olduğunu göstərir.

Göygöl rayonunda baş tutan aksiyada Gəncə–Daşkəsən iqtisadi rayonunda fəaliyyət göstərən filial şəbəkələrindən 50-yə yaxın əməkdaş könüllü şəkildə iştirak edib. Tədbirin keçirilməsində məqsəd dəniz sahillərində, sahilyanı, dağ, meşə ərazilərində təmizliyə riayət olunmasını təbliğ etmək, məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq, ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində insanları cəlb etmək və hər kəsi öz atdığı tullantıları toplamağa sövq etməkdir.

Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov tədbirdə çıxış edərək: "Bu təşəbbüsün məqsədi ətraf mühitin qorunması istiqamətində maarifləndirmə və təbliğat işlərini gücləndirməkdir. Marafon iştirakçıları estafeti bir regiondan digər regiona ötürərək Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən "Təmiz ölkəm” ümumrespublika təmizlik aksiyası çərçivəsində müxtəlif regionlarda təşkil olunacaq təmizlik aksiyalarında iştirak edəcəklər” O, həmçinin digər təşkilatları da sosial məsuliyyət strategiyalarına uyğun olaraq ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən, cəmiyyət üçün faydalı olan belə təşəbbüslərə qoşulmağa dəvət edib.

Qeyd edək ki, "Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin  həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol