• $
  • €
  • ₽
  • ₺
  • £

Əmək Məcəlləsinə edilən dəyişiklik doğrudurmu? - Ekspert rəyi

Əmək Məcəlləsinə edilən dəyişiklik doğrudurmu? - Ekspert rəyi
07.02.2014 18:16
"Azərbaycanda işçilərlə əmək müqaviləsi bağlamayan işəgötürənlər 3 il müddətinə azadlıqdan məhrum ediləcək". Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi İdris İsayev keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bəzən işəgötürənlər tələb olunan mütləq göstəriciləri əmək müqaviləsində əks etdirmirlər.Əmək Məcəlləsinə edilən dəyişikliklərlə bağlı İnzibati Xətalar Məcəlləsinə müəyyən dəyişiklik edilib. Əvvəllər əmək müqaviləsi bağlamadan şəxsin hər hansı bir işə cəlb olunmasına görə cərimə tətbiq edilirdisə, artıq həmin əmək müqaviləsi ilə bağlı məlumatın elektron informasiya sisteminə daxil edilməməsinə görə, cərimənin tətbiq edilməsi nəzərdə tutulub. Eyni zamanda Cinayət Məcəlləsinə də dəyişiklik edilib ki, buna əsasən, işçilərin əmək müqaviləsi bağlamadan işə cəlb olunması ilə bağlı işəgötürənlər 7 min manatdan 10 min manatadək və ya 3 il müddətinə azadlıqdan məhrum ediləcək.Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədov ANN.Az-a açıqlamasında mövcud dəyişikliyi şərh edib.S.Məmmədov açıqlamasında bildirib ki, ağırlaşdırıcı yük yenə kiçik və orta müəssisələrin üstünə düşəcək: “Dəyişikliyə görə əmək müqaviləsini bağlamayan və ya düzgün bağlamayanlara qarşı 8 minə qədər cərimə və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözlənilir. İnzibati Xətalar Məcəlləsində bu günə qədər əmək müqaviləsi bağlamayan və ya düzgün bağlamayan hüquqi şəxslərə 25 min manat, vəzifəli şəxslərə 3-5 min manat, əgər əmək müqaviləsi əcnəbi ilə bağlanmayıbsa, 30-35 min manat cərimə nəzərdə tutulurdu. Amma hamının, o cümlədən dövlət orqanlarının da yaxşı tanıdığı xarici şirkətlər və ya elə özümzün şirkətləri var ki, heç biri bu qanuna əməl etmir və həmin orqanlar o şirkətlərə yaxın belə getmir. Belə olan halda yenə yük düşəcək kiçik və orta müəssisələrin üstünə ki, burda da heç bir səmərəli effekt verməyəcək. Halbuki potensial işçi qüvvəsi həmin şirkətlərdədir ki, ora dövlət orqanlarının heç birinin de-fakto nəzarəti yoxdur. Elə Türkiyənin Azərbaycanda fəaliyyət göstərən bütün şirkətlərinə demək olar ki, heç bir nəzarət mexanizmi yoxdur. Təbii mən bu dəyişikliyi lazımlı hesab edirəm, amma müəyyən faktorlar ki, onlar aradan qaldırılmalı idi, sonra qərar verilə bilərdi. Əmək müqavilələrin qeydiyyatının aparılması da yaxşı effekt verməyəcək. Yəni əmək bazarının bir qədər də gizli olmasına gətirib çıxardacaq”SeymurANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol