• $
  • £

ABB avtomobil bazarı ilə bağlı hesabat təqdim etdi

ABB avtomobil bazarı ilə bağlı hesabat təqdim etdi
06.09.2024 10:04
ABB avtomobil bazarı ilə maraqlanan hər kəs üçün faydalı olacaq geniş bir hesabat yayıb. Hesabat "Avtomobil bazarına baxış: qlobal trendlər və Azərbaycan” adlanır. Burada son 5 il üzrə dünyanın və Azərbaycanın avtomobil sektorunda özünü göstərən əsas meyllərin təhlili aparılıb. 2023-cü ildə ölkəmizdə hər 1000 nəfərə 171 avtomobil düşüb.
 
Son beş ildə "Lada”, "Mercedes-Benz”, "Hyundai” və "Toyota” markaları Azərbaycanda qeydiyyatda olan avtomobillər siyahısında ilk dördlükdə yer alıb. 2023-cü ildə Azərbaycana gətirilən avtomobillərin idxal miqdarı 28%, idxal dəyəri 79% artıb. 2023-cü ildə ölkəyə daxil olan hibrid avtomobillərin sayında 2022-ci illə müqayisədə 24.4%, elektrik avtomobillərinin sayında isə 5 dəfə artım baş verib. Ötən il elektrik avtomobillərinin idxal dəyərində də 6 dəfə artım müşahidə edilib.
 
Hesabatda ölkəmizdə ikinci əl avtomobil bazarı ilə bağlı da ətraflı araşdırmalar var. Ölkədə istifadə edilən avtomobillərin 58%-i istehsal tarixi 15 ildən az olan avtomobillərdir. İkinci əl avtomobil bazarının əsas markaları VAZ-2107, "Opel Astra”, VAZ 2106, "Kia Sorento”, "Hyundai Elantra”, "Hyundai Santa Fe”, "Hyundai Sonata”, "Chevrolet Cruze”, "Ford Transit”, "Mercedes E 220d” markalarıdır.

Qeyd edək ki, maraqlı tərəflər üçün faydalı olan bu cür araşdırma-hesabatların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib. Belə ki, Bank bu il "Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili”, "Azərbaycan üzrə pərakəndə ticarət sektorunun təhlili: trendlər və nəticələr”, "Rəqəmlərlə turizm: Azərbaycan turizm sektorunun statistik mənzərəsi” adlı hesabatlarını bölüşüb.
 
Hesabatlarla buradan tanış ola bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İKZF xətti ilə verilən kreditlər 3,8% azalıb
İqtisadiyyat 12:18
İKZF xətti ilə verilən kreditlər 3,8% azalıb
Azərbaycanda ən çox doğum Lənkəran-Astarada qeydə alınıb
İqtisadiyyat 11:31
Azərbaycanda ən çox doğum Lənkəran-Astarada qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:18
Azərbaycan nefti ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Qızıl 3 aylıq maksimuma yaxın sabitləşdi, gümüş bahalaşdı
İqtisadiyyat 08:20
Qızıl 3 aylıq maksimuma yaxın sabitləşdi, gümüş bahalaşdı
Ən aşağı pensiya Füzulidə, ən yüksək Bakıdadır - rəqəmlər
İqtisadiyyat 14:54
Ən aşağı pensiya Füzulidə, ən yüksək Bakıdadır - rəqəmlər
Bakıda donuzların sayı 57%-dən çox azalıb - rəsmi
İqtisadiyyat 12:13
Bakıda donuzların sayı 57%-dən çox azalıb - rəsmi
США ввели новые санкции против Ирана
İqtisadiyyat 10:40
США ввели новые санкции против Ирана
Qızıl və gümüş ucuzlaşdı
İqtisadiyyat 10:07
Qızıl və gümüş ucuzlaşdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol