• $
  • €
  • ₽
  • ₺
  • £

ABB “SIBOS-2024” beynəlxalq sərgi-konfransında təmsil olunur

ABB “SIBOS-2024” beynəlxalq sərgi-konfransında təmsil olunur
21.10.2024 14:30
Oktyabrın 21-dən Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində ənənəvi SIBOS sərgi-konfransı başlanıb. Tədbirin təşkilatçısı Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətidir (SWIFT).
 
Oktyabrın 24-dək davam edəcək "SIBOS-2024” sərgi-konfransına ABB də qatılıb. Bankı beynəlxalq tədbirdə İdarə Heyəti sədrinin müavini, Baş maliyyə inzibatçısı Nəbi Əliyev, İdarə Heyəti sədrinin müavini, Baş risk inzibatçısı Aqşin Əmirov, Baş direktor Fuad İslamov, Mərkəzi xəzinədarlıq departamentinin direktoru Kamran Hüseynov, departamentin şöbə müdiri Tural Oruclu təmsil edir.

SIBOS sərgi-konfransı hər il dünyanın iri bank və maliyyə qurumlarının nümayəndələrini bir araya gətirən, maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yeni bankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq imkanları yaradan, işgüzar əlaqələrin qurulmasına kömək göstərən mühüm platformadır.
"SIBOS–2024” çərçivəsində ABB nümayəndələri xarici maliyyə qurumlarının təmsilçiləri, o cümlədən Bankın uzunmüddətli tərəfdaşları olan Citibank, JP Morgan, BNY Mellon, LBBW, Commerzbank, Deutsche Bank, ABN AMRO, ODDO BHF, Zurcher Kantonalbank, Raiffeisen, ICBC, Vakifbank, İşbank, Akbank, Mashreq, First Abu Dhabi və s. bu kimi maliyyə institutlarının nümayəndələri ilə görüşlər keçirəcəklər.

Həmçinin risk, hesablaşmalar, ticarətin maliyyələşdirilməsi, innovasiyalar sahəsində finteklərin nümayəndələri ilə də görüşlər olacaq, gələcək əməkdaşlıq perspektivləri üzrə müzakirələr aparılacaq. ABB təmsilçiləri maliyyə texnologiyaları, süni intellekt, data ilə bağlı müxtəlif tədbirlərdə də iştirak edəcəklər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol