• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Xəzər hövzəsinə ən iri təchizat gəmiləri gətirir

Azərbaycan Xəzər hövzəsinə ən iri təchizat gəmiləri gətirir
29.05.2020 05:03
 «Topaz Energy and Marine» şirkəti Xəzərin Azərbaycan sektorundakı istismar olunan neft platformalarını (PSV) təmin etmək üçün iki müasir və iri gəmilər alıb.«APA-Economics»in şirkətə istinadən verdiyi məlumata görə, «Caspian Challenger» və «Caspian Endeavour» yedək və təchizat gəmilərinin (AHTSV) dəyərinin 100 mln. ABŞ dolları olduğu qeyd edilir. Gəmilər DP2 - dinamik tarazlaşma sistemi ilə təchiz olunub, avtomatlaşdırılmış təhlükəsiz yedəkləmə imkanlarına malikdir. Belə ki, 17 200 at gücündə olan bu gəmilər hazırda Xəzər hövzəsində fəaliyyət göstərənlər analoqların ən güclüsüdür. Gəmilərin dartı qüvvələri 190 tona bərabərdir. «Azəri-Çıraq-Günəşli» yataqlar blokunun işlənməsi və istismarı layihəsinin operatoru olan BP şirkəti həmin gəmiləri yedəkləmə işləri, dinamik tarazlaşma, təchizat və logistika və s. əməliyyatlara yardım etmək üçün və Azərbaycanın «Şahdəniz» qaz-kondensat yatağının işlənməsinin ikinci fazası çərçivəsində istifadə edəcək. Qeyd edək ki, hazırda «Topaz Energy and Marine»in Xəzərin Azərbaycan sularında 25 gəmisi var. Onların sayı 4 000 DWT-lik (faydalı yük tutumu) «Caspian Voyager» təchizat gəmisini aldıqdan sonra 26 ədəd olacaq. Bu gəminin 2014-cü ilin ikinci yarısında alınması planlaşdırılır. «Topaz Energy and Marine» Xəzər və Orta Şərqdə gəmi təchizatı sahəsində aparıcı şirkətlərdən biridir. Orta Şərqdə 40 ildən artıq təcrübəyə malik olan şirkətin baş qərargahı Dubayda yerləşir. Şirkətin donanmasında 90-dan artıq ortalama yaşı 7 il olan təchizat gəmiləri mövcuddur.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol