• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank ötən ili rekord maliyyə nəticələri ilə başa vurdu!

Yelo Bank ötən ili rekord maliyyə nəticələri ilə başa vurdu!
16.01.2025 13:14
Yelo Bank 2024-cü ilin son rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Bankın əsas maliyyə göstəricilərində əhəmiyyətli artım müşahidə olunur. Xüsusilə xalis mənfəət üzrə rekord artım qeydə alınıb. Belə ki, Yelo Bank-ın 2024-cü ilin sonuna xalis mənfəəti 43 milyon manatı ötüb, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artım deməkdir. Digər maliyyə nəticələrinə gəldikdə isə:

- Bankın kredit portfeli böyüyüb: 2023-cü ilin sonu ilə müqayisədə 22% artımla 935 mln manata çatıb.

- Artımın mühüm hissəsini biznes kreditləri təşkil edib: biznes kredit portfeli 21,5% artımla 587 mln manat olub.

- Real sektor hər zaman prioritetlər arasında olub: il ərzində mikro bizneslərə Bank tərəfindən 364 mln manat vəsait ayrılıb. İlin sonuna mikrokredit portfelinin həcmi 347 mln manat təşkil edib, bu da 2023-cü ilin analoji dövründən 24.6% çoxdur.

- İstehlak kreditləri portfeli də əhəmiyyətli dərəcədə artıb: il ərzində 32 mindən çox istehlak krediti verilib, nəticədə bu istiqamət üzrə portfelin həcmi 23.5%-lik artımla 347 mln manata çatıb. Bu satışların 38%-i, eləcə də portfel artımının 50%-i onlayn kanallar vasitəsilə həyata keçirilib.

- Bank-ın əmanət təklifləri cəlbedici olmağa davam edib: fiziki şəxslərin müddətli depozitlərinin həcmi il ərzində 37% artaraq 652 mln manata yaxınlaşıb. Bu artım bankın müştərilər arasında etibarlı maliyyə tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirdiyini göstərir.

- Faiz və qeyri-faiz gəlirləri də artıb: il ərzində Bankın faiz gəlirləri 34% artaraq 151 mln manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 32 mln manata çatıb.
- Bankın kapital mövqeyi xeyli güclənib: hesabat dövründə məcmu kapital 148,7 mln manat təşkil edir, bu da əvvəlki ilin eyni dövründən 36% çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 13,15%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 7,05% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir. 2024-cü ilin sonuna Bankın aktivləri 1,280 mln manat təşkil edir.

Yelo Bank 2025-ci ildə də dinamik inkişafını davam etdirməyi planlaşdırır. Bank yeni filialların açılması, rəqəmsal xidmətlərin genişləndirilməsi və mövcud xidmətlərin müasirləşdirilməsi üzrə bir sıra layihələr həyata keçirəcək. Bu yeniliklərdə isə ESG yanaşması, dayanıqlılıq prinsipləri, müştərimərkəzli addımlar üstünlük təşkil edəcək. Xüsusilə bölgələrdə xidmət şəbəkəsini böyütməyi hədəfləyən Yelo Bank maliyyə inklüzivliyinə və sosial-iqtisafi inkişafa töhfə verməyə davam edəcək.

Bank xidmətləri, eləcə də onlayn kredit haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol