• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa İttifaqı Şurasının sədri "Şahdəniz 2"dən danışdı

Avropa İttifaqı Şurasının sədri "Şahdəniz 2"dən danışdı
29.05.2020 05:04
"Diversifikasiya Avropanın enerji təhlükəsizliyi strategiyasının əsas məqsədidir və Azərbaycan bu məqsədə çatmaq üçün bizə kömək edir". Bunu bu ilin birinci yarısında Aİ Şurasına sədrlik edən Yunanıstanın xarici işlər naziri və Baş nazirinin müavini Evangelos Venizelos Trend-ə eksklüziv müsahibəsində bildirib.Nazirin sözlərinə görə, Azərbaycanın "Şahdəniz 2" layihəsi Avropa bazarları üçün yeni təbii qaz mənbəyi olacaq: "Həmçinin Cənub Dəhlizi çərçivəsində TANAP/TAP layihələri yeni marşrut təşkil edir və bu, Avropanın enerji təhlükəsizliyini daha da gücləndirir".Yunanıstanın xarici işlər nazirinin sözlərinə görə, TAP layihəsinin Yunanıstan, Albaniya və İtaliya arasında əməkdaşlıqdan kənar da regional faydaları olacaq: "Biz artıq Avropa ailəsinin yeni üzvü olan Xorvatiya da daxil olmaqla, Qərbi Balkan ölkələrinə təbii qazın nəqli üçün əsas xətdən əlavə xətlərin də çəkilməsi istiqamətindəki planları müzakirə edirik. Bu, Qərbi Balkanlarda iqtisadi sinerjiləri, həmçinin regional əməkdaşlığı daha da möhkəmləndirəcək".Qeyd edək ki, "Şahdənizə 2" layihəsi "Cənub qaz dəhlizi"ni açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaq. "Şahdəniz Mərhələ 2" layihəsinin Mərhələ 1-dən olan ildə təqribən 9 milyard kub metr qaza ildə 16 milyard kub metr qaz hasilatı əlavə edəcəyi gözlənilir.Gözlənilir ki, Xəzər dənizinin Azərbaycan sektorunda sahildən təxminən 70 km məsafədə yerləşən Şahdəniz yatağının Mərhələ 2 işlənməsinə körpü ilə birləşdirilən iki hasilat platforması, iki yarımdalma qazma qurğusundan qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda sualtı böru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) ildə 16 milyard kub metr nəql gücü əlavə olunması və Səngəçal terminalının genişləndirilməsi daxil olacaq. Şahdəniz qazının Türkiyə ərazisində və Avropaya daşınması üçün əlavə boru kəmərləri inşa ediləcək və genişləndiriləcək.Şahdəniz qazı Türkiyə ərazisində Trans-Anadolu Boru Kəməri (TANAP), Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya isə Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə nəql ediləcək.Şahdəniz konsorsiumu Mərhələ 2 işlənməsi üçün yekun investisiya qərarını dekabrIn 17-də elan edib.Şahdəniz tərəfdaşları (satınalma əməliyyatlarından sonra) aşağıdakı şirkətlərdir: BP, operator (28,8%), ARDNŞ (16,7%), Statoyl (15,5%), Total (10 %), Lukoyl (10%), NIKO (10%) və TPAO (9%). Bu faizlərə Statoyldan BP və ARDNŞ-nin müvafiq olaraq aldığı yuxarıda qeyd olunmuş iştirak payları daxildir. Bu əməliyyatlar onların yekunlaşması üçün 2014-cü ildə yerinə yetirilməsi gözlənilən şərtlərdən asılıdır.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol