• $
  • €
  • ₽
  • ₺
  • £

Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər

Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
04.03.2025 16:47

Ekoloji layihələrə daim dəstək verən Birbank, Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin “Yaşıl Gələcək” layihəsi çərçivəsində genişmiqyaslı ağacəkmə
aksiyasına qoşulub. Aksiya zamanı Birbank əməkdaşları və müştərilərinin birgə
iştirakı ilə 2800-dən çox ağac əkilib. Müşfiqabad qəsəbəsində keçirilən aksiya
çərçivəsində ərazinin iqlim şəraitinə uyğun olaraq Eldar şamı və zeytun ağacları
əkilib.


Qeyd edək ki, aksiya ötən il “Yaşıl dünya naminə həmrəylik” ili münasibətilə
həyata keçirilən kampaniyanın davamı olaraq baş tutub. Kampaniyanın şərtlərinə
əsasən 2024-cü ilin oktyabr və noyabr aylarında Birbank-da depozit faizlərini
müddətin sonunda almaq şərti ilə ən azı 500 manat olmaqla 6, 12 və 18 aylıq
müddətdə Rəqəmsal depozit yerləşdirən müştərilərin adına bank tərəfindən 1 ağac
əkilib. Əkilən ağaclara görə müştərilərə xüsusi sertifikat təqdim edilib. Bununla da
müştərilər rəqəmsal bankçılığın üstünlüklərindən faydalanmaqla yanaşı daha yaşıl
dünya üçün töhfə vermiş olublar.


Layihənin əsas məqsədi ekoloji tarazlığın qorunmasına dəstək olmaq, ictimaiyyəti,
xüsusən də gəncləri ətraf mühitin mühafizəsinə təşviq etmək və yaşıl gələcək üçün
birgə fəaliyyətə səsləməkdir. Xatırladaq ki, Birbank Korporativ Sosial Məsuliyyət
strategiyası çərçivəsində davamlı olaraq ətraf mühitin qorunması ilə bağlı
layihələrə dəstək olur.


Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3
milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,119 filialı və 54 şöbəsindən
ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir.


Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə
xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə
institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün  //birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə
və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol