• $
  • €
  • ₽
  • ₺
  • £

Avtomobillər bahalaşacaq - Azərbaycanda

Avtomobillər bahalaşacaq - Azərbaycanda
29.05.2020 05:08
Bu ilin aprelindən Azərbaycan ərazisində Avro-4 ekoloji normaları tətbiq ediləcək. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bildirilib ki, həmin gündən nəqliyyat vasitələrinin Azərbaycan ərazisinə idxalı bu formada həyata keçiriləcək.

Artıq avtomobillərin buraxılış illəri və ölkələrə uyğun idxal cədvəli müəyyənləşdirilib. Avropa Ittifaqına daxil olan ölkələr - Almaniya, Böyük Britaniya, Belçika, Avstriya, Çexiya, Polşa, Hollandiya, Italiya və s. (2005-ci il); ABŞ (2004); Yaponiya (2011); Çin (2011); Koreya (2006); Türkiyə    (2009).

İqtisadçı-ekspert Nemət Əliyev deyir ki, bu qərar avtomobillərin qiymətinin bahalaşmasına gətirib çıxaracaq. Ekspertin fikrincə, bu qərar Azərbaycanda avtomobil parkının yeniləndirilməsilə bağlıdır: “Köhnə avtomobilləri dövriyyədən bu cür çıxarırlar. Buna görə də xarici ölkələrdə istismar müddəti ötmüş avtomobillərin ölkəyə idxalına məhdudiyyətlər etməklə bunu reallaşdırmaq istəyirlər. Bu, özlüyündə yaxşı niyyətdir. Amma gərək vətəndaşlar da qoyulan tələblərə uyğun avtomobilləri almaq gücündə olmalıdır. Çünki istehsalı yeni olan avtmobillərin dəyəri də yüksək olur”.Ekspert vurğulayır ki, həmin standartların tətbiqi ilk baxışda yaxşı niyyətdən xəbər versə də, əhalinin sosial vəziyyətinin ağırlaşmasına xidmət edir. Bu baxımdan hökumət qabaqlayıcı addımlar atmalı, maaşların artırılması, sosial proqramların reallaşdırılmasına başlamalıdır: “Amma bu da bir reallıqdır ki, ölkə daxilində yanacaqlar avrostandartlara cavab vermir. Bu baxımdan, sözügedən məsələyə birtərəfli yanaşmanın nəticəsi fəsadlı ola bilər. Ona görə də ilk növbədə ölkə daxilində avrostandartlara uyğun şərait yaradılmalıdır. Bu şərait formalaşandan sonra paralel şəkildə avrostandartların avtomobil idxalına tətbiqinə keçmək lazımdır”. (Azadliq.info)ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol