• $
  • €
  • ₽
  • ₺
  • £

Avro-4 benzinin qiymətini yenidən artıra bilər

Avro-4 benzinin qiymətini yenidən artıra bilər
29.05.2020 04:59
"Bu il aprelin 1-dən etibarən Azərbaycan Avro 4 standartlarına keçəcək. Hökumət bu addımla ətraf mühitə buraxılan zəhərli qazların qarşısını müəyyən qədər almağa çalışır. Beləliklə, Azərbaycanda Avro 3 standartını tətbiq etmədən birbaşa Avro 4 standartına keçir. Bu isə o deməkdir ki, istehsal müddəti 2005-ci ilə qədər olan avtomobillər bundan sonra ölkəyə gətirilə bilməyəcək". ANS PRESS-in məlumatına görə, bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bütövlükdə, Avro 4 standartı havaya buraxılan dəm qazının həcmində azaldılmasına hədəflənib. Minik avtomobilində bir kilometr yolun qət edilməsi üçün havaya buraxılan dəm qazının miqdarı Avro 3 standartında 2 qramdırsa yeni standartda bu cəmi 1 qramdır.V.Bayramovun sözlərinə görə, məsələnin sadəcə ekoloji deyil, eyni zamanda iqtisadi tərəfləri də var: "Əvvəlla, istehsal tarixi 2005-ci ilədək olan avtomobillərin ölkəyə gətirilməsinin qadağan edilməsi ili köhnə olan maşınların qiymətlərində artımlara səbəb olacaq. Belə ki, ili köhnə olan avtomobillərin qiymətlərinin aşağı olması onlara ölkədə hər zaman tələbatın formalaşmasına səbəb olur. Son qadağanın isə köhnə avtomobillərin ölkəyə gətirilməsinə imkan verməyəcəyini nəzərə aldıqda o zaman təklifin azalması müşahidə ediləcək. Bu avtomobillərə tələbin dəyişmədiyini və hətta bəzi hallarda artıdığını nəzərə aldıqda o zaman qiymət artımların olacağını proqnozlaşdırmaq çətin olmaz. Köhnə maşınların idxal olunan avtomobillərin strukturundakı çəkisini nəzərə aldıqda il ərzində köhnə avtomobillərin qiymətində 7 faizə yaxın artım olacağı gözlənilir.İkincisi, yeni stdandarta keçid heç bir halda benzinin qiymətinin artmasına səbəb olmamalıdır. Çünki bu benzinin xərc strukturunda ciddi dəyişiklərə səbəb olmayacaq. Yeni xərc yaranmadığı üçün isə benzinin qiymətinin artması gündəmdə olmamalıdır.Üçüncüsü, benzinin keyfiyyəti Avro-4 standartlarına zamanında uyğunlaşdırılmadığı halda köhnə avtomobillərinin idxalına qadağaların müəyyənləşdirilməsinin ciddi əhəmiyyəti olmayacaq. Çünki, avro 4 standartı olan avtomobil öz standartını qorumaq üçün ən azı müvafiq standartda benzindən istifadə etməlidir".Ekspertin sözlərinə görə, Avro-4 standartlarına keçiddən sonra ili çox köhnə olan, xüsusən də 1995-ci ilədək istehsal olunan avtomobillərin mərhələli olaraq dövlət tərəfindən satış alınması prosesinə başlanılmalıdır. Əks halda, mövcud ekoloji problemləri həll etmək çətin olacaq.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol