• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda “Saatlı bina” söküləcək?

Bakıda “Saatlı bina” söküləcək?
29.05.2020 04:54
Bakının Heydər Əliyev prospektində sökülən binaların sakinləri kirayə evlərə köçürülüb.“Marja” xəbər verir ki, bunu yerli televiziya kanallarından birinə Nərimanov rayon İcra Hakimiyyətinin şöbə müdiri Hüseyn Cəfərov bildirib.O qeyd edib ki, sakinlər 1 il 6 ay ərzində kirayədə qalacaqlar. Bu müddətdə daha müasir üslubda binaların tikintisi aparılacaq və sakinlər bir il yarımdan sonra yeni tikilən binalara köçürüləcəklər.“Tərəfimzdən 9 yaşayış binasının söküntüsü aparılır. Bir binada qaçqın və məcburi köçkünlər məskunlaşmışdı. Artıq sakinlər bizim tərəfimizdən bir il altı ay müddətində müvəqqəti kirayəyə çıxardılıb”.İcra hakimiyyətinin şöbə müdiri qeyd edib ki, sökülən binaların yerində müasir standartlara cavab verən hündür mərtəbəli binalar tikiləcəkdir. Artıq layihə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiqlənib. Bu proses iki mərhələdə aparılacaqdır. Birinci mərhələdə 3 mərtəbəli binalar söküləcəkdir.Nərimanov rayon İcra Hakimiyyətinin şöbə müdiri bildirib ki, prospektdəki “Saatlı bina” kimi tanınan bina sökülməyəcək.Əməkdar memar Feyzulla Quliyev isə deyir ki, ola bilsin “Saatlı bina” da gələcəkdə sökülsün:“Hələ sovet dövründə indiki Heydər Əliyev prospektinin yenidən qurulması üzrə br neçə plan hazırlanmışdı. Çünki bu prospekt hava limanından gələn yol olduğundan şəhərin giriş qapısı hesab olunur. Burada memarlıq baxımından gözəl binaların olması məsləhətdir. Ola bilsin “Saatlı bina” da gələcəkdə sökülsün. Şəhərsalma planı, gələcəyi nəzərə alınmaqla işlənilir. Gələcəkdə prospekt boyu bütün köhnə binaların göz oxşayan, müasir şəhərsalma baxımından modern binalarla əvəzlənməsi planlaşdırılır. Bunlar tədricən həyata keçiriləcək”.Qeyd edək ki, Heydər Əliyev prospektindəki binalar istismar müddəti başa çatdığından və prospektin görünüşünə xələl gətirdiyindən sökülür. Bu binalar ötən əsrin 20-ci illərində tikilmişdi.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol