226 müəssisənin fəaliyyəti dayandırıldı

Azərbaycanda yeyinti məhsullarının istehsalı, satışı, saxlanılması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozduğuna görə ötən il 226 müəssisəsinin fəaliyyəti dayandırılıb.Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası bölməsindən bildirilib.Mərkəzdən deyilib ki, hesabat müddətində yeyinti məhsullarının istehsalı, satışı, saxlanılması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya nümunələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 797 müəssisənin sahibkarı inzibatı qaydada cərimə olunub, 226 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.Ötən il orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 10 509, mikrobioloji göstəricilərinə görə 9841 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Müayinələrin 161-də orqanoleptik və fiziki-kimyəvi, 112-də mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















