• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yeni metro xəttinin inşası başladı

Bakıda yeni metro xəttinin inşası başladı
29.05.2020 05:08
Bakı Metropoliteni «28 May» stansiyasındakı xətlərin kəsişməsini aradan qaldırmaq niyyətindədir.Metropolitendən «APA-Economics»ə verilən məlumata görə, xətlər ayrılacağı təqdirdə, «Xətai» stansiyasından sonrakı inşaat mərhələsi tamamlanacaq. Belə ki, beşillik dövlət proqramına əsasən, «Həzi Aslanov-2» stansiyasından Köhnə və Yeni Günəşli yaşayış sahələrinə metro xətti çəkiləcək və hazırda adı çəkilən birinci stansiya ilə yanaşı, tunellərin qazılması davam edir. Lakin bu sahə Yaşıl xəttin bir hissəsidir. Mövcud şəraitdə burada məkik hərəkət təşkil edilməlidir. Amma bu problemin aradan qaldırılması üçün «Həzi Aslanov-2»dən «Xətai»yə qədər olan sahənin və daha 3 stansiyanın inşası vacibdir. Hazırda Bakının Nobel prospektində neftayırma zavodunun ərazisində inşaat işlərinə başlanılıb və bu il burada qazma maşınları hərəkətə gətiriləcək. İnşaat hər iki istiqamətdə aparılacaq. Bunun ardınca, Nobel prospektindəki «Luna Park»ın yaxınlığında, həmçinin Bakı Avtomobil Zavodunun ərazisindəki stansiyaların inşası da başlayacaq. Bununla da sərnişinlərin istər «28 May»-«Cəfər Cabbarlı», istərsə də «Həzi Aslanov»-«Həzi Aslanov-2» keçid stansiyalarına yönləndirilməsi ilə mövcud sərnişindaşıma problemləri aradan qalxacaq. Bu, həmçinin paytaxtın əhalisi sıx olan Köhnə və Yeni Günəşli, Təzə və Köhnə Əhmədli, Zığ, Hövsan, Qaraçuxur kimi yaşayış sahələrinin əhalisinin də şəhərə axınının tam fərqli prizmadan qurulmasını təmin edəcək.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol