Azərbaycanda sərnişin vaqonları istehsal edən zavod tikiləcək

Azərbaycanda sərnişin qatarları vaqonlarının istehsalı zavodunun tikintisi ilə bağlı yaxın zamanlarda yekun qərar veriləcək.APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Arif Əsgərov söyləyib.A.Əsgərov bildirib ki, hazırda ölkədə mövcud vaqon parkının yenilənməsi məqsədilə istifadədə olan vaqonların təmiri işləri aparılır və bu yaxınlarda Ukraynanın Dnepropetrovsk Vaqon Təmiri Zavodunda 50 sərnişin vaqonu təmir olunaraq Azərbaycana gətirilib. Hazırda həmin vaqonlar Bakı-Moskva və Bakı-Tiflis beynəlxalq sərnişin reyslərində istismar olunur. «Çexiya və Rusiya zavodlarında da vaqonların təmiri davam etdirilir», - deyə A.Əsgərov vurğulayıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb























