• $
  • €
  • ₽
  • ₺
  • £

Avtovağzalda xüsusi komissiya yaradıldı

Avtovağzalda xüsusi komissiya yaradıldı
23.12.2013 14:18
 Yeni İl bayramı ərəfəsində Bakı Beynəlxalq Avtovağzal Kompleksi müşahidə olunan sərnişin sıxlığını nəzərə alaraq artıq neçə vaxtdır gücləndirilmiş iş rejimində çalışır.Bunu «APA-Economics»ə avtovağzalda fəaliyyət göstərən «M-Trans» nəqliyyat şirkətinin iqtisadiyyat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mətləb Abidi bildirib. Onun sözlərinə görə, bayram günlərində ölkədə şəhərlərarası marşrutlarda sərnişindaşımada intensivliyin artması müşahidə olunarsa, əhalinin tələbatını ödəmək üçün marşrutlara buraxılan avtobusların sayı artırılacaq. Bununla əlaqədar avtobuslar artıq hazır vəziyyətə gətirilib. M.Abidi həmçinin vətəndaşlara müraciət edərək, biletləri 10 gün öncədən almağa və ya «onlayn» rejimdə İnternet üzərindən sifariş verməyə çağırıb. Şəhəralarası avtobus reyslərində son günlər müşahidə olunan syni qiymət artımına gəlincə isə M. Abidi qeyd edib ki, biletlərin satış qiymətlərinə heç bir rəsmi dəyişiklik edilməyib: «Qiymətlərin artması ancaq Tarif Şurasının qərarı əsasında baş verə bilər. Bununla bağlı kompleksdə 11 nəfərdən ibarət Qiymət intizamına nəzarət Komissiyası yaradılıb. Sərnişinlər biletlərin qiymətinin qanunsuz şəkildə artırılması halları ilə qarşılaşdıqları təqdirdə bu komissiyaya müraciət edə bilərlər». Qeyd edək ki, adi günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən təxminən 7 min sərnişin respublikanın müxtəlif şəhər və rayonlarına yola düşür. Adətən, bayram günlərində bu rəqəm 10 mini ötür. Həmçinin, adi günlərdə xəttə 300-350 avtobus buraxılırsa, bayram günlərində nəqliyyatın sayı təxminən 600-ü ötür. Bununla yanaşı «Azərbaycan Dəmir Yolları» QSC də bayramla əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Müəssisə ehtiyac yaranacağı təqdirdə sərnişin qatarlarına əlavə vaqonların qoşulmasını təmin edəcəyini bildirir. Biletlərin süni qiymət artımına dair isə «Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov «APA-Economics»ə bildirib ki, Tarif Şurasının müvafiq əmri olmadan sərnişindaşıma tariflərində istənilən dəyişiklik qanunsuzdur.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol