• $
  • €
  • ₽
  • ₺
  • £

"Texnika və gübrəyə tələbat tam ödənilmir"

"Texnika və gübrəyə tələbat tam ödənilmir"
20.12.2013 21:48
Azərbaycanda əhalinin 40%-i aqrar sektorda cəmləşib.Hazırda ölkənin kənd təsərrüfatı sektorunda texnika və gübrəyə olan tələbat tam ödənilmir. Eyni zamanda, məhsuldarlığın səviyyəsi aşağıdır. «APA-Economics»in məlumatına görə, bunu «Azərbaycan və Türkiyə iş birliyi çərçivəsində aqrar sahənin imkanları və inkişaf perspektivləri» mövzusunda bu gün Bakıda keçirilən konfransda çıxışı zamanı Prezident Administrasiyası aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov bildirib. Onun sözlərinə görə, ölkədə intensiv inkişafın təmin edilməsi ilə bağlı dövlət başçısı bu sahədə çalışan dövlət qurumları qarşısında ciddi vəzifələr müəyyən edib: «Türkiyənin aqrar sahədə yaxşı təcrübəsi var. Məsələn, Azərbaycanda əkin sahələrinin heç 1%-i sığortalanmayıb. Biz Türkiyədən aqrar sığorta sistemini təkmilləşdirməyin yollarını öyrənə bilərik. Aqrar sahədəki digər mühüm problemlərdən biri təsərrüfatlarımızın həddindən artıq xırdalanmasıdır. Heyvandarlığın genetik potensialı hələ də zəifdir. Türkiyədə uğurlu fəaliyyət göstərən damazlıq təsərrüfatları mövcuddur. Həmçinin, daha nümunəvi toxumçuluq təsərrüfatlarının yaradılmasına ehtiyac var. Digər tərəfdən, kənd təsərrüfatına ayrılan investisiyaların həcmi azdır». Şöbə müdiri hesab edir ki, bu problemlərin həlli üçün fermerlərə səmərəli dövlət dəstəyi təşkil olunmalıdır. Aqrar sahədə rəqabət fəaliyyətini təmin etmək məqsədilə kənd təsərrüfatı torpaqlarından səmərəli istifadə olunmalı, bitkiçilik və heyvandarlığın intensiv inkişafı təmin olunmalıdır.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol