• $
  • €
  • ₽
  • ₺
  • £

İnternet istifadəçilərinə ŞAD XƏBƏR

İnternet istifadəçilərinə ŞAD XƏBƏR
29.05.2020 01:17
 Gələn il internet istifadəçiləri öz fərdi məlumatlarının qorunması üçün əhəmiyyətli addımlar atmağa başlayacaqlar. ANN.Az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, bu halda internetdə iş zamanı anonimliyə xüsusi diqqətin yetirilməsi, habelə dinləmələrdən mühafizə olunan anonim bağlantılar qurmağa imkan verən “Tor” şəbəkəsinin populyarlığının artması gözlənilir.Şifrləmə texnologiyasının gələcəkdə inkişaf etməsi biznes istifadəçilərini öz məlumatlarını daha effektiv mühafizəsini təmin etməyə məcbur edəcək, çünki artıq bu növ informasiyalara müdaxilə və oğurluq halları 2013-cü ildə ictimaiyyətin diqqətinin cəlb edib. Buna görə bu tendensiyanın gələn ildə də davam edəcəyi güman edilir. Bu, hücuma məruz qalan təşkilatların nüfuzuna mənfi təsir göstərə, eləcə də müəyyən maliyyə itkilərinə səbəb ola bilər.“Symantec” mütəxəssislərinin fikrincə, gələn il cinayətkarlar bütün sosial şəbəkələri diqqət mərkəzində saxlayacaq.  Bundan başqa, 2014-cü ildə qurğuların daha funksional olacağı gözlənilir. İnternetə qoşulan milyonlarla qurğu haker və kibercinayətkarlarda maraq doğurur. İnformasiya təhlükəsizliyi sahəsinin mütəxəssisləri bu yaxınlarda “ağıllı” (smart) televizorlara, tibbi avadanlıq və müşahidə kameralarına müdaxilə nümunələrini nümayiş etdiriblər. Bu sistem və qurğular hücumlar qarşısında aciz olmaqla yanaşı, boşluqlar aşkar edilən zaman bu barədə məlumat verən mexanizmlərlə də təchiz edilməyib. Bundan əlavə, belə qurğularda boşluqları aradan qaldırmaq üçün sadə mexanizmlər də yoxdur. Odur ki, növbəti ildə yeni növ təhdidlər meydana çıxa bilər.“Symantec” ekspertləri həmçinin smartfon və planşet kompüter sahiblərinə qarşı hücumların artacağını proqnozlaşdır. Söhbət təkcə yeni növ virus və troyanların yaranmasından deyil, həm də pul və məxfi məlumatların oğurlanmasına yönələn hiyləgər sxemlərin həyata keçirilməsindən gedir.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol