• $
  • €
  • ₽
  • ₺
  • £

Tikinti materialları bazarında qiymətlər necədir?

Tikinti materialları bazarında qiymətlər necədir?
17.12.2013 11:03

 Bu ilin noyabr ayında «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin monitorinq qrupu tərəfindən Bakı şəhərinin müxtəlif rayonları üzrə inşaat materialları bazarının əsas çəkisini təşkil edən 39 adda 92 növdə tikinti materialı üzrə növbəti araşdırılma aparılıb.

İB-dən «APA-Economics»ə verilən məlumata görə, tikinti materialları bazarında ilin I rübündə başlayan qiymət azalması noyabrda da davam edib. Tikinti mövsümünün nisbətən bazar üçün xarakterik olan «soyuma» mərhələsinə keçməsi alıcı aktivliyinin azalmasına da təkan verib. Bazarın passivləşməsi fonunda qiymət azalmasının dərinləşməsi həm idxal, həm də ixrac materiallarında özünü göstərib. Ukrayna və Rusiyadan idxal edilən tikinti materialları arasında azalma əsasən dəmir məmulatlarında baş verib. Ötən ay tonu 800 manata satılan armaturun qiyməti noyabrda 1,25% azalaraq, 790 manata çıxarılıb. Azalma dəmir boru, dəmir təbəqə, sinklənmiş dəmir və s. materiallar üçün də xarakterik olub. Yerli istehsalda da əsas qiymət azalması dəmir materiallarında qeydə alınıb. Alıcı qıtlığının azalması nəticəsində ilin sonunadək qiymətlərin bir qədər də düşəcəyi ehtimalı sahibkarlar tərəfindən istisna edilməyib. Noyabr ayı bəzi tikinti materialları üzrə artımsız keçinməyib. Xüsusilə qonşu ölkələrdən idxal edilən laminat-parket, tamet və kafel-metlax sahəsində qiymət artımı müşahidə edilib. Digər tikinti materiallarında baş verən dəyişikliklər cüzi artıb-azalma ilə müşahidə edilib. Ümumilikdə, ötən ay daha çox 17 adda, 32 növdə tikinti materialı üzrə qiymətlərdə azalma olub, 6 adda 11 növdə məhsul üzrə isə qiymət artımı müşahidə edilib. Nəticədə, araşdırılan materiallar üzrə qiymət dəyişməsi ümumilikdə 0,40% azalma təşkil edib. Noyabr ayı ilə müqayisədə qiymət indeksi orta qiymətə müvafiq olaraq 0,7 bənd azalaraq 168,8 bənd səviyyəsində qərarlaşıb. Ötən rübün müvafiq dövrünə nisbət qiymət azalması 0,9%, ötən illə müqayisədə 7,5%, ilin əvvəlindən isə 4,4% təşkil edib. Araşdırılan məhsullar üzrə ölkədə istehsal olunan məhsulların bazardakı həcmi, ötən ayla müqayisədə, idxal məhsullarını 1,09 faiz bəndi üstələyərək 52,1% olub.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol