Aİ ASCO və SOCAR-la bağlı 5 gəmidən sanksiyaları götürüb
Avropa İttifaqı Şurası 23 aprel 2026-cı il tarixli qərarı ilə Azərbaycana məxsus beş gəmini sanksiya siyahısından çıxarıb.
Qərara əsasən, Avropa İttifaqı Şurası tərəfindən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Zaqatala” gəmisi, eləcə də ASCO ilə SOCAR-ın birgə müəssisəsinə aid “Şuşa”, “Qarabağ”, “Xankəndi” və “Zəngəzur” gəmilərinə tətbiq edilən məhdudiyyətlər ləğv edilib.
Rəsmi məlumata görə, qərar Azərbaycan Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, ASCO və SOCAR arasında koordinasiyalı diplomatik və hüquqi fəaliyyət nəticəsində əldə olunub.
Bildirilib ki, sözügedən gəmilər uzunmüddətli çarter müqavilələri əsasında üçüncü tərəflərə icarəyə verilib və onların istismarı beynəlxalq hüquq normalarına, o cümlədən sanksiya tələblərinə uyğun həyata keçirilib.
Qərar beynəlxalq hüquqa əsaslanan obyektiv yanaşmanın və tərəflər arasında konstruktiv dialoqun nəticəsi kimi qiymətləndirilir.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox