• $
  • €
  • ₽
  • ₺
  • £

Açıq bankçılıq və süni intellekt maliyyə sektoru üçün ciddi təhdidlər yaradır - Qasımlı

Açıq bankçılıq və süni intellekt maliyyə sektoru üçün ciddi təhdidlər yaradır - Qasımlı
09.06.2026 10:09

Açıq bankçılıq, süni intellekt, blokçeyn və tokenizasiya kimi yeni texnologiyalar maliyyə sektoru üçün ciddi çağırışlar yaradır və onların tənzimlənməsi əsas məsələlərdən birinə çevrilib. Bunu İqtisadi Statistikanın Tədqiqat və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Türk Dövlətləri Təşkilatının maliyyə-bank sektoru üzrə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, maliyyə sektorunun qarşısında duran əsas problemlərdən biri tənzimləyici mexanizmlərin yeni texnologiyaların inkişaf tempinə uyğunlaşdırılmasıdır.

" Süni intellekt, blokçeyn, paylanmış reyestr sistemləri, tokenizasiya və açıq bankçılıq maliyyə sektoru üçün ciddi təhdidlər yaradır”, - Qasımlı bildirib.

O qeyd edib ki, bu problemlər artıq yalnız regional deyil, qlobal xarakter daşıyır və ABŞ ilə Avropanın aparıcı maliyyə institutları da bu məsələləri aktiv şəkildə müzakirə edir.

Qasımlının fikrincə, əsas vəzifə yeni texnologiyaların inkişafını dayandırmaq deyil, onların düzgün istiqamətləndirilməsini və sağlam tənzimlənməsini təmin etməkdir.

O əlavə edib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində maliyyə inteqrasiyasının gücləndirilməsi üçün rəqəmsal maliyyə sahəsində ortaq yanaşmaların və tənzimləmə mexanizmlərinin formalaşdırılması vacibdir.

N.Təbrizli

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol